Sərt karantin rejimi olmasaydı, yoluxma halları ikiqat artıq olardı
15:36 30.06.2020
Aktual
696
Hazırda tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verir. Belə ki, ölkəmizdə COVID-19-a yoluxma sayı stabilləşib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Düzdür gündəlik yoluxma sayı 500-dən çoxdur. Lakin yoluxma hallarının ikiqat artımı ola bilərdi ki, sərt karantin rejimi nəticəsində bu, baş vermir. Bu da bizə imkan verir ki, biz müalicə müəssisələrində çarpayı fondunu doğru istifadə edək və xəstələrə normal tibbi xidmət göstərə bilək. Bu, bizim üçün çox önəmlidir”, - deyə Y.Qarayeva qeyd edib.
TƏBİB-in şöbə müdiri şadlıq saraylarında xəstələrin yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Hazırda heç bir halda koronaviruslu xəstə tibb müəssisəsindən kənarda müalicə olunmur. Sadəcə olaraq, Atletlər Kəndi karantin müəssisəsi olaraq istifadə edilir. Orada bəzi xəstələrin qəbul olunması və müayinə nəticəsində çeşidlənməsi həyata keçirilir. Bundan başqa, xəstələrin səhiyyə müəssisələrindən kənarda müalicəsi aparılmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə