Sərt reaksiya: “Bəzi beynəlxalq təşkilatların ədalət hökmü yox dərəcəsindədir !”
09:17 02.11.2020
Aktual
677
“Onların qəbul etdiyi qərar və qətnamələr ancaq boş kağızlardan ibarətdir”
“Dağlıq Qarabağ məsələsinə dair BMT-nin qətnamələrini, Minsk qrupunun öhdəliklərini bu gün Azərbaycan ordusu icra edir”
Sentyabrın 27-dən başlanan düşmən təxribatına qarşı ordumuz əks-hücum əməliyyatlarını davam etdirir. Rəşadətli əsgər və zabitlərimiz uğurla döyüşür və zəfər çalır. Demək olar ki, hər gün yeni qələbə xəbərləri alır,ordumuzla fəxr edirik. 30 ildən sonra ilk dəfə bu qədər qürurluyuq. Azərbaycan ordusu torpaqlarını işğaldan azad edərək öz dövlətinin şanlı tarix səhifəsini yazır.
Düşmən isə həmişə olduğu kimi amansızlığını, hiyləgərliyini göstərməyə davam edir. İllər əvvəl qəddar, qeyri-insani davranışlar sərgiləməklə dinc əhalini, günahsız körpələri qətl edən düşmən bu gün də çirkin əməllərindən əl çəkmir.
Müharibə başlayandan etibarən Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli uzaqda yerləşən ərazilərə, mülki obyektlərə, sivil vətəndaşlara iri çaplı silahlardan atəş açır. İlk gündən Tərtər, Ağdam, Goranboy rayonlarını atəşə tutan düşmən ordusu daha sonra döyüş bölgəsindən 100 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhərini - Gəncəni raket hücumuna məruz qoydu.
Düşmənin növbəti hədəfi Bərdə şəhəri oldu. İki gün ardıcıl olaraq şəhərə raketlə hücum həyata keçirdi. Nəticədə isə onlarla insan həlak oldu və xəsarət aldı. Mənfur düşmən yenə əlini günahsız körpələrin, əliyalın insanların qanına batırdı.
Amma Ermənistanın bu əməllərinə beynəlxalq təşkilatlar adekvat reaksiyalar vermir. Bütün etdiklərinə rəğmən illərdir dünya ictimaiyyətinin qınağına məruz qalmadıqları üçün özlərini haqlı sayaraq daha da azğınlaşırlar. Dünya ölkələri və insan hüquqlarını müdafiə edən təşkilatlar Ermənistana heç bir təzyiq göstərmir. “Yollarına daş qoyan” olmadığı üçün bu hücumların ardı-arası kəsilmir.
Bu barədə “Sherg.az”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə deyir ki, beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamalər ancaq mənasız kağızlardır:
“Təəssüf ki, beynəlxalq təşkilatlar yenə də öz təməl prinsiplərinə əməl etmir, hüququn aliliyini dəstəkləmirlər. Humanist prinsiplərə əsaslanan bütün sənədlərdə mülki əhaliyə - uşaqlara, qadınlara və yaşlılara hücumların cinayət olduğunu qeyd etsələr də, buna göz yumurlar.
Məlum məsələyə dair BMT-nin qətnamələrini, Minsk qrupunun öhdəliklərini bu gün Azərbaycan ordusu icra edir. Ordumuzun əks-hücum əməliyyatları ilə bu gün onları sülhə məcbur etməyə çalışırıq.
Düşünürəm ki, Xocalı faciəsinə göz yuman, orada törədilən cinayətlər üçün ədalət hökmünü həyata keçirə bilməyən təşkilatlar imkan yaradır ki, həmin hərbi cinayətkarlar öz əməllərini təkrar etsinlər.
Bu gün Ermənistan cəbhə bölgəsindən kilometrlərlə uzaqda yerləşən şəhərlərə, yaşayış məntəqələrinə müxtəlif çaplı silahlardan hücum edir. Mülki əhaliyə qarşı amansızlıq göstərir və onları qətlə yetirir.
Məncə, bütün bunlara göz yuman ölkələrdə və beynəlxalq təşkilatlarda ədalət hökmü yox dərəcəsindədir.
Azərbaycan məcbur qalıb həmin təşkilatların funksiyalarını özü həyata keçirir. Onların qəbul etdiyi qərar və qətnamələr ancaq boş kağızlardan ibarətdir”.
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya