"Siz xalqın etimadını qazanmış bir Lidersiniz" - Laçın rayonundan olan məcburi köçkün


 Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mühüm qərarlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır.

Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Sherg.az  Prezidentin saytına istinadla Laçın rayonundan olan məcburi köçkün Zəminə Cəfərovanın məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident.
Sizin müdrik siyasətinizin nəticəsində Azərbaycan cənnət diyara çevrilib. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusa qarşı mübarizədə dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı çox az oldu.
Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.
Bizim dəyərli Prezidentimiz, inşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcəkdir. Siz xalqın etimadını qazanmış bir Lidersiniz.
Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm.