"Sizin qətiyyətli addımlarınızı bəyənirik" - Masallı rayonundan Prezidentə yazırlar    

 

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

Sherg.az Prezidentin saytına istinadla  Masallı rayonundan Ələşrəf Niftiyev və Füzuli Abdullayevin məktubunu təqdim edir.

  “Möhtərəm cənab Prezident, Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik. Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz. Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənirik və tezliklə pandemiya üzərində qələbə qazanacağınıza əminik”.