"Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq" - Ağdam sakini yazır

Azərbaycanın bütün bölgələrindən, paytaxtdan vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edirlər.
Onlar koronavirusla mübarizədə dövlətimizin başçısının atdığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər.

Sherg.az Prezidentin saytına istinadla həmin məktublardan bəzilərini təqdim edir. Ağdamdan Ramin Sadıqov yazır: 

Çox hörmətli cənab Prezident.

Azərbaycanın xalqının rifahı, gözəl, firavan yaşaması üçün var gücünüzlə çalışdığınıza görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərində Sizin və Mehriban xanımın imzalarınız danılmazdır.
Bununla yanaşı, vətəndaşlarımızın sağlam yaşamaları üçün ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə əlinizdən gələni əsirgəmir, virusa yoluxan xəstələr üçün yeni modul tipli xəstəxanalar tikdirərək, xalqımızın qayğısına qalırsınız. Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq. Uca Allah millətimizi, Sizi və Sizin ailəni qorusun.
Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin ki, bizlərə Sizin kimi oğul bəxş edib. Görülən bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident. Sizə uzun ömür və cansağlığı arzu edirik.