Son dəqiqə: Almaniyada xəstə koronavirusa qarşı o dərmandan sağaldı


Son xəbərlərə görə, Almaniyada Ebola əleyhinə istehsal olunan və koronavirusun müalicəsində ümid verən Remdevisir adlı dərman gündəm olub.

Münhendə yaşayan və koronavirusa yoluxan 42 yaşlı kişi bu dərmandan istifadə edərək bir həftə içində sağlamlığına qovuşub. Sherg.az xəbər verir ki, alman mediası xəbəri "Böyük ümid: Yeni dərman yaxşılaşdırır!" sözləri dünyaya yaydı.

Almaniyada koronavirusa yoluxmuş xəstə Curtis Warren Puckett, Ebola virusuna qarşı hazırlanan və koronavirusun müalicəsində ümidverici nəticələrə səbəb olan Remdevisir ilə yaxşılaşdığını söyləyib:

- İlk dəfə istifadən sonra qızdırmam 38,8-ə düşdü. Dörd gündən sonra temperaturun və öskürəyim tamamilə yox oldu. Mən yenidən həyata qayıtdım.

ABŞ-da, Almaniyada və Danimarkada Remdesivir adlı dərmanla əlaqəli sınaqlar keçirildi və dərman yeni koronavirusun (Covid-19) müalicəsində təsirli ola biləcəyi barədə məlumatlar yayıldı.

Almaniyanın Münhen şəhərində 40 dərəcə qızdırma, tez-tez öskürək və sinə ağrısı şikayətləri ilə xəstəxanaya çatdırılan Curtis Warren Puckett, 7 gün qısa bir müddətdə tamamilə sağalıb.
Martın 31-də xəstəxanaya aparıldığını deyən Puckett "Remdesiviri könüllülər üzərində sınamaq istəyirik. Qoşulmaq istərdinizmi?" sualından sonra müalicəni sınamaq qərarına gəlib.

"Xəstəxanaya gələndə 40 dərəcə qızdırmam var idi. Şiddətli öskürək və sinə ağrısı da məni üzmüşdü. Çox qorxurdum və vahiməyə düşdüm" deyə 42 yaşlı koronavirus xəstəsi bildirir.

Astma xəstəsi olan Puckett ilk tətbiqetmədən sonra, növbəti gün qızdırması 38.8-ə düşüb.

Dörd gün sonra temperaturu və öskürəyi tamamilə keçib. Aprelin 7-də isə xəstəxanadan buraxılıb.

Qeyd edək ki, Ebolaya qarşı hazırlanan Remdesivir dərmanı dünyanın 50 xəstəxanasında sınaqdan keçirilir. Bu xəstəxananın 3-də Almaniyadadır. Remdesivirin tezliklə kütləvi istehsalına başlaması və bütün xəstələr üçün istifadəsi üçün təsdiqlənməsi təklif olunur.

Turan