SOS siqnalı: “İş yerlərində təhlükəli risklər var” - Bəxti qara fəhlə baba !
Fidan Həmişəyeva
10:49 10.09.2020
Aktual
1817
“Bəzi tikinti şirkətlərində təhlükəsizlik qaydalarına ümumiyyətlə, əməl olunmur”
“Amma bu qaydalarının pozulmasına görə heç kim məsuliyyətə cəlb olunmur”
Tikintidə, istehsalat müəssisələrində baş verən qəzalarda hər il yüzlərlə insan xəsarət alır, həyatını itirir. Əsas səbəb texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməməsidir.
Təəssüf ki, hər dəfə bədbəxt hadisələr baş verir, məsələ 1-2 gün danışılır və unudulur. Tikinti şirkətinin rəhbəri və ya müəssisəyə məsul olan şəxslərin cəzalandırılması kimi hallardan söhbət gedə bilməz. Çünki məsələ ört-basdır edilir. Bədbəxt hadisələrdən sonra heç bir nəticə çıxarılmır. Məsələn, bu günlərdə Nərimanov rayonunda bina tikintisi üçün istifadə olunan kran aşdı. Hadisə nəticəsində hətta 1 nəfər həyatını itirdi. Belə hadisənin bir daha yaşanmaması isə sual altındadır. Yəni nə işçilərin, nə də vətəndaşların həyatı bu kimi hallardan sığortalanıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bu hallar mühafizə qaydalarına riayət olunmaması ilə bağlıdır. Ekspertin sözlərinə görə, bədbəxt hadisələrdən heç kim sığortalanmayıb. Amma bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. İş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır:
“İlk növbədə işçilərlə əmək müqaviləsi bağlanılmalıdır. Əmək müqaviləsi bağlanan zaman işçinin sığortası olur. Digər tərəfdən işçilərə təhlükəsizlik təlimatları verilməlidir. İşçi bilməlidir ki, iş yerində potensial təhlükə riskləri var. Mühəndisin ixtiyarı var ki, təhlükəsizlik qaydalarına riayət etməyən işçiləri tikinti sahəsinə buraxmasın. Bundan başqa, növbədənkənar təlimatlar verilir. Hər hansı qəza baş verər və ya avadanlıq dəyişikliyi baş verərsə, həmin avadanlıqla işləyən işçilərə növbədənkənar təlimat verilməlidir. Bu cür qaydalara əməl olunarsa, ən azı baş verən istehsalat qəzalarının sayı azalmış olar”.
Ekspert deyir ki, bəzi tikinti şirkətlərində təhlükəsizlik qaydalarına əməl olunur, bəzilərində qismən əməl olunur, bir sıra şirkətlərdə isə, ümumiyyətlə, əməl olunmur:
“İstehsalatda, tikintidə, sənaye müəssisələrində baş verən qəzaların çoxu texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməməsi səbəbindən baş verir. İş yerlərində cavabdeh şəxslər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Yəni işçilər üçün real həyati təhlükə olmamalıdır. İşçilər bilməlidirlər ki, texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl edilməzsə, həm özləri, həm də digər işçilər üçün təhlükə yaratmış olurlar”.
E.Nurəliyev təəssüflə bildirib ki, bu gün bir çox iş yerlərində təhlükəsizlik qaydalarına ciddi yanaşılmır və bu qaydalarının pozulmasına görə heç kim məsuliyyətə cəlb olunmur:
“Demək olar ki, işçilərin çoxu bunu bilməyərəkdən edir. Yəni xəbəri yoxdur ki, hansı təhlükəsizlik qaydalarına riayət etməlidir, necə etməlidir . Nəticədə isə iş yerlərində ağır qəzalar olur, həm işçilər xəsarət alır, həm də böyük maddi itkilər ilə qarşılaşırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat