
"Sputnik Azərbaycan" Rusiyanın ölkəmizə yerləşdirdiyi təbliğat maşını, casus şəbəkəsidir -ANALİZ
Yusif Nəzərli
09:03 13.07.2025
Aktual
432
Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir. Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib. Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır: "Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik. Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur". Vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir.
Tanınmış jurnalist Azər Niftiyev "Sherg.az"a bildirib ki, sove ittifaqı dağıldıqdan sonra Rusiyada 50-dən artıq jurnalist qətlə yetirilib.
Ekspert bildirib ki, Yuri Şçekotixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və digərlərinin qətlləri siyasi motivlərə görə bu günə qədər açılmamış qalır:

"Öz daxilində mətbuat azadlığını pozan Moskva dünyanın müxtəlif dövlətlərini media azadlığını pozmaqda ittiham edir və Kremlin tapşırıqlarını qeyd-şərtsiz həyata keçirən bir qurum -Rusiya Jurnalistlər İttifaqını önə buraxıb. Bu "marionet kukla" da iddia edir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı "Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılması qanunsuzdur. Məlumdur ki, "Sputnik Azərbaycan" Rusiyanın ölkəmizə yerləşdirdiyi təbliğat maşını, casus şəbəkəsidir. 32 ölkədə, habelə Avropa İttifaqının bütün 27 üzv dövlətində, Britaniya, Kanada, İsveçrə, Ukrayna və Avstraliyada da qadağan edilən bu agentlik olduğu hər yerdə təxribat funksiyasını icra edir. Təhlükəsizliyə təhdid yaradır, çeşidli informasiya təxribatları həyata keçirir. Azərbaycanda daxili sabitliyi pozmaq, müxtəlif təxribatlar törətməyə cəhd göstərmiş qüvvələr olub və onların hamısı zərərsizləşdirilib. Məkrli niyyətlərinin qarşısı yerindəcə alınıb. "Sputnik" adlı kəşfiyyat maşını, hansi ki, ölkəmiz və onun təhlükəsizliyi üçün təhdid rolunda çıxış edir və qanunları tapdalayırlar, onlar da layiq olduqları cəzanı alıb. Bu, həmişə belə olub və belə da olacaq! Bizimlə təhdid dilində danışanlar həmişə məyus olublar və bundan sonra da məyus olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual