Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq
Yusif Nəzərli
05:03 22.07.2025
Aktual
667
Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda xarici jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı suallarını da cavablayıb. Dövlət başçısı vurğulayıb ki, Əbu-Dabidə Ermənistan baş nazirinə deyib ki, bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır. Prezident qeyd edib ki, bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir: "Bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil. Bizim tələbimiz budur. Bu, legitim tələbdir, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaq. Mən yaxşı xatırlayıram sovet dövründə Bakıdan Naxçıvana hərəkət edərkən, məhz Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, qatarların pəncərələri qırılırdı. Tarix budur. Biz bunu çox yaxşı xatırlayırıq. Bu, sovet dövrü idi, nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü dövr idi. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə burada heç bir fiziki təmas olmalı deyil. Və onların təminatı təhlükəsizlikdir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
Türkiyə Prezidenti R.T.Ərdoğan da vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək. Ərdoğan vurğulayıb ki, Zəngəzur dəhlizini eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edir: "Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da, bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik". Türkiyə lideri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir: "Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir. Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik".
Siyasi şərhçi Tural İrfan Sherg.az-a deyib ki, Şuşada keçirilən Media Forum çox önəmli və böyük əhəmiyyətə malik tədbir idi. Ekspert bildirib ki, məhz Qarabağın mərkəzindən bir çox ünvanlara çatdırılan mesajlar bir daha dövlətimizin qətiyyətini, Prezidentin mövqeyini ortaya qoydu:
"Şübhəsiz ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir və bunun üçün lazımi işlər aparılır. ABŞ-nin şirkətinin nəzarət istəyi məsələsinə də toxunulması Zəngəzura dünya miqyasında diqqətin olduğunu göstərir. Böyük əhəmiyyətə malik olan bu dəhliz məsələsini Azərbaycan elə həll etmək istəyir ki, heç bir xarici şirkətin ölkəmizə təsiri olmasın. Zəngəzur dəhlizi mütləq açılacaq. Sadəcə, maraqların və maneələrin çox olduğu səbəbi ilə bu məsələ ətrafında hələ müzakirələr, danışıqlar gedir. Eyni zamanda çalışılır ki, Azərbaycanın maraqları tam təmin olunsun. Təbii ki, Zəngəzura istər Rusiyanın, istər ABŞ-nin müdaxiləsi regiondakı toqquşan maraqların və siyasi çaxnaşmaların fonunda məqsədəuyğun olmaz. Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa, burada başqa dövlətin müdaxiləsinə, ortaqlığına heç bir ehtiyac qalmır. Cənab Prezidentin Zəngəzurla bağlı bəyanatları onun bu məsələdə prinsipiallığını göstərir. Görünür ki, hər vəchlə bu məsələnin həlli üçün maksimum işlər götürülür, diplomatik yollarla danışıqlar aparılır. Bu bəyanatlar tam dolğunluğu ilə Azərbaycanın mövqeyini ortaya qoydu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə