Təlimlər hərbi üstünlüyümüzü gücləndirir - QARDA HAZIRLIQ
Şəymən Bayramova
10:25 20.02.2020
Aktual
992
Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda, gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Taktiki fəaliyyətlər zamanı qarlı ərazilərdə şəraitə uyğun maskalanmış snayper cütlükləri şərti tapşırıqları yerinə yetiriblər. Qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda gecələyiblər.
Taktiki-xüsusi təlimdə şiddətli soyuqlarda qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək yaralıların təxliyəsi qaydalarını, praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı və xilasedici bölmələr təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Ordumuzun keçirdiyi təlimləri yüksək qiymətləndirən hərbi ekspert Ramil Məmmədli “Şərq”ə söyləyib ki, Silahlı Qüvvələrin qarşısında qoyulan əsas vəzifələrdən biri də qış fəslində, ağır, keçilməz şəraitdə döyüş əməliyyatlarının aparılması və bunu uğurla sona çatdırmaqdır:
"Azərbaycanın böyük hissəsi dağlıq ərazidir və bu relyefdə hərbi əməliyyatların aparılması qaçılmazdır. Bu baxımdan ordumuzun qarlı və şaxtalı şəraitdə döyüş təlimlərini aparması vacibdir. Burada əsas məqam isə odur ki, ordumuz belə şəraitdə hərbi əməliyyatların aparılması imkanlarına malikdir. Əgər diqqət yetirilərsə, hərbçilərimizin qarlı və şaxtalı havada, çətin ərazidə döyüş aparması üçün texniki imkanlara malik olduğunun şahidi olarıq. Bu həm də belə şəraitdə əməliyyatlar həyata keçirən bölmələrin mövcud olması deməkdir. İşğal altında olan ərazilərimizin coğrafi relyefi bu təlimlərin əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir.
Etiraf edək ki, Birinci Qarabağ savaşında dağlıq və çətin şəraitdə ordumuzun döyüş aparmaq imkanları məhdud idi. Lakin artıq bu problem arxada qalıb. İndi ordumuzun bu cür ərazilərdə uğurlu döyüş aparacaq bölmələrinin olması, Qarabağda və Ermənistanla sərhəd bölgələrdə hərbi üstünlüyümüzü artırır.
Həmçinin, keçilməz maneələri asanlıqla dəf etmək imkanı yaradır. Artıq deməyə əsas verir ki, Azərbaycan Ordusunda bu təyinatlı bölmələr mövcuddur və hərbi birləşmələrimiz işğal altında olan dağlıq ərazilərdəki torpaqlarımızı hər hansı problem yaşamadan azad edə biləcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə