Tərəflər antiterror əməliyyatından mesajını aldı
07:45 17.12.2020
Aktual
641
Azərbaycanın cəsarətli duruşu Kremli özünü yığışdırmağa vadar etdi
Nəticə ortadadır, çünki Rusiya yalnız bu dildən anlayır. Ortada bir Suriya, Liviya, Qarabağ təcrübəsi var
"İlk olaraq Zəfər paradı öncəsi Rusiya Azərbaycandakı emissarları vasitəsilə "Türkiyəni Azərbaycanda - Qarabağda istəmirik" deyə niyyətini bəyan etdi. Sonra sözdən əməli fəaliyyətə keçərək Azərbaycandan pomidorların idxalına qadağa qoydu. Bu hadisədən sonra artıq bəlli idi ki, Rusiya bununla kifayətlənməyəcək və ənənəvi olaraq əzələ nümayiş etdirəcək.
Və Xocavəndin Hadrut qəsəbəsinin 2 kəndində erməni yaraqlıları Azərbaycan əsgərinə hücum etdi və bir neçə əsgərimizi şəhid etdi, yaraladı. Ardınca rus "sülhməramlılarının" fəaliyyət məkanı artırıldı və bu, yeni xəritədə təsbit olundu”.
Bu fikirləri politoloq Natiq Miri “Şərq”ə açıqlamasında deyib. Politoloq qeyd edib ki, bu hadisələrin ardıcıllığının pik nöqtəsi Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun Xankəndində terrorbaşı Araik Arutyunyanla qardaşcasına qucaqlaşması oldu. Mesaj Azərbaycan tərəfindən alındı və ardınca nə baş verdi? Möhtəşəm Zəfər paradında Azərbaycan-Türkiyə birliyi nümayiş olundu. Səhnələşdirilmiş paradda nümayiş olunanlarla rus əzələ nümayişinə əzələ ilə cavab verildi.
Ardınca Azərbaycan Hadrutun 2 kəndində antiterror əməliyyatı keçirməklə, gücə güclə cavab verdi. Və Azərbaycan əsgəri Qaladərəsi ətrafında 100-dən çox erməni terrorçusunu tərk-silah etməklə, Rusiyanın istədiyi kimi hər şeyin "oldu-bitdi" ilə başa çatacağına imkan verilməyəcəyi ilə bağlı Azərbaycan dövləti iradəsini ortaya qoydu. Və təbii ki, bu prosesdə hakimiyyət yenidən ictimai rəyə ehtiyac duydu və bu dəstəyi arxasına alaraq Rusiyaya qarşı özünü daha güclü tərəfdən nümayiş etdirdi”.
Politoloq vurğulayıb ki, bütün bunların nəticəsində işğala qədər mövcud olan sərhədlərimizdən ard-arda erməni ordusu çıxmağa başladı:
“Rus sülhməramlılarının Qarabağa gəlişindən sonra Azərbaycan əsgərinin nəzarətində olan ərazilərə qayıdan ermənilər yenidən o əraziləri tərk etməyə başladılar. Şuşa və Laçına açılan bir çox strateji yollar Azərbaycan əsgəri tərəfindən nəzarətə götürüldü. Laçının ən yüksək nöqtəsində Azərbaycan bayrağı qaldırıldı. Rusiya Azərbaycandan idxal etdiyi pomidorlara qoyduğu qadağanı ləğv etdi. Və ən nəhayət, Xankəndində qondarma "DQR" rejiminin inzibati binasının başında və önündə "bayraq" olaraq yellənən erməni əskiləri endirildi. Baş verənlərlə Rusiya Azərbaycana hansı mesajı vermək istəyirdi? Rusiya bununla regionda kimin söz sahibi olduğunu, general Muradovun terrorçubaşı ilə isti görüşməsi ilə də erməni köpəkləri vasitəsilə hər an Qarabağ yarasını qanada biləcəklərini nümayiş etdirdi. Azərbaycan da Rusiyanın bu gedişinə Türkiyə-Azərbaycan birliyi, antirusiya ictimai rəyi və Azərbaycan əsgərinin dəmir yumruğu ilə cavab verdi. Nəticə isə ortadadır, çünki Rusiya yalnız bu dildən anlayır. Ortada bir Suriya, Liviya, Qarabağ təcrübəsi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq