"Tibb işçilərinə təşəkkürümüz qaydalara riayət etməklə olmalıdır"
Şəymən Bayramova
12:38 16.06.2020
Aktual
1238
Müşfiq Məmmədli: "Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır"
Koronavirus pandemiyasına qarşı aparılan mübarizədə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Virusa yoluxan xəstələrin sağalması ümün gecə-gündüz çalışan həkimlərimiz öz həyatlarını təhlükə qarşısında qoyaraq bütün imkanlardan istifadə edirlər. Ölkə rəhbəri İlham Əliyevin də qeyd etdiyi kimi, bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.
17 iyun tibb işçilərinin peşə bayramı münasibətilə Sherg.aza açıqlama verən millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışan, koronavirusla mübarizədə böyük fədakarlıq və əzmkarlıq göstərən tibb personalını təbrik edib.
Deputat tibbi işçilərinin koronavirus pandemiyasına qarşı mübarizədə göstərdikləri fədəkarlığın həm dövlət, həm də xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyib:
"Pandemiya dövründə məhz bu sahənin adamları günlərlə, bəzən də aylarla evlərindən uzaq qaldılar. Məlum xəstəliklə mübarizə üçün həm özlərini, həm də ailə üzvlərini riskə ataraq bütün mümkün addımları atdılar. Qeyd edim ki, virusla mübarizə zamanı xəstəliyə yoluxan tibb işçilərimiz də oldu. Fikrimcə bu şəxslər bütün müsbət sözlərə, alqışa, maddi və mənəvi təşəkkürə layiqdirlər. Eyni zamanda vurğulamaq istərdim ki, xalq olaraq onlara təşəkkürümüz qaydalara riayət etməyimiz olmalıdır. Mən həm deputat olaraq, həm də tibb işçisi olaraq bildirmək istərdim ki, ölkə prezidenti cənab İlham Əliyevin, I vitse - prezident xanım Mehriban Əliyevanın səhiyyəmizə, onun bütün işçilərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Cənab prezidentin çıxışında insan sağlamlığının onun üçün öndə gəldiyini vurğulaması, həmçinin son müddətdə səhiyyə sisteminin və sənayesinin inkşaf etdirilməsi ilə bağlı atdığı addımlar bu sahənin ən ali instansiyada yüksəkdə durduğunun göstəricisidir.
Öz növbəmdə 17 iyun Azərbaycanda səhiyyə işçiləri günü münasibəti ilə bütün həmkarlarımı təbrik edir, onlara can sağlığı, dünyanı cənginə almış pandemiya dövründə möhkəm iradə, səbr arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə