TikTok hansı ölkələrdə və niyə qadağan edilib? - ARAŞDIRMA - SİYAHI
Yusif Nəzərli
20:40 17.01.2025
Aktual
692
Birləşmiş Ştatlar çox güman ki, TikTok-a qadağa qoyan ilk ölkə olacaq. ABŞ-dən başqa bir sıra dövlətlər də platformanın Çinlə əlaqələrindən narahatdır.
ABŞ Ali Məhkəməsi cümə günü sosial media tətbiqi TikTok-un Çinli sahibləri "ByteDance" tərəfindən satılmayacağı təqdirdə milli təhlükəsizliklə bağlı narahatlıqlara görə onu qadağan edən qanunu təsdiqləyib.
Sherg.az Euronews-a istinadən xəbər verir ki, qanun keçən ilin aprelində Amerika siyasi elitasının hər iki qanadı tərəfindən qəbul edilib, lakin son 10 ay ərzində hüquqi çəkişmələrə məruz qalıb.
Çox güman ki, qadağa, Donald Trampın bazar ertəsi ikinci müddətə vəzifəsini icra etməsindən əvvəl prezident Co Baydenin vəzifəsinin son günündə - bazar günü qüvvəyə minəcək.
ABŞ platformanı açıq şəkildə qadağan edən ilk ölkə olacaq, lakin bundan əvvəl də bəzi ölkələr proqram endirilən zaman həssas məlumatların ifşa olunacağından ehtiyat edərək, 2023-cü ildə tətbiqin hökumət cihazlarında istifadəsini qadağan etmək üçün ardıcıl addımlar atdı.
Bəs "TikTok" niyə atəş altındadır?
TikTok, digər sosial media şirkətlərindən daha çox istifadəçi məlumatı toplamaq ittihamlarını rədd edir və qadağaları əsassız adlandıraraq, heç bir sübut olmadan qərar verildiyini söyləyir.
TikTok Çin texnoloji şirkəti Bytedance-ə məxsusdur, lakin o, müstəqil idarə olunduğunu və Çin hökuməti ilə məlumat paylaşmadığını təkidlə bildirir.
Tətbiqə qismən və ya tam qadağaları elan edən və ya artıq tətbiq etmiş ölkələr bunlardır:
Albaniya
ABŞ platformanı qadağan edən ilk ölkə olsa da, Albaniya 2024-cü ilin sonunda TikTok-a bir illik qadağa qoyub. Bağlanma təhlükəsizlik narahatlıqlarına və ya şirkətin Çin hakimiyyəti ilə əlaqəsinə deyil, daha çox zorakılıqla bağlı məişət problemlərinə görə verilib. Dekabrda Albaniyanın Baş naziri Edi Rama tətbiqin 2025-ci ilin əvvəlində bloklanacağını bildirərək, platformanı gənclər arasında zorakılıq hallarında artmasında günahlandırmışdı.
Avstraliya
4 aprel 2023-cü ildə Avstraliya təhlükəsizlik baxımından TikTok-u bütün federal hökumətə məxsus cihazlardan qadağan etdi. Baş Prokurorluq Departamentinin yaydığı bildirişdə deyilir ki, platforma "istifadəçi məlumatlarının geniş şəkildə toplanması və Avstraliya qanunlarına zidd olan xarici hökumətin məhkəmədənkənar göstərişlərinə məruz qalması” səbəbindən təhlükəsizlik və məxfilik riskləri yaradır.
Estoniya
2023-cü il martın sonunda Estoniyanın informasiya texnologiyaları və xarici ticarət naziri Kristiyan Yarvan yerli qəzetə müsahibəsində TikTok-un dövlət tərəfindən dövlət məmurlarına təqdim edilən smartfonlarında qadağan ediləcəyini söylədi.
Böyük Britaniya
16 mart 2023-cü ildə Nazirlər Kabinetində Böyük Britaniyanın Dövlət Katibi Oliver Douden, Böyük Britaniyanın İcmalar Palatasına verdiyi bəyanatda tətbiqin hökumətin rəsmi cihazlarında dərhal qadağan edilməsini elan etdi. "Bu, ehtiyat tədbiridir. Biz bilirik ki, TikTok-dan hökumət daxilində artıq məhdud istifadə var, lakin bu, həm də yaxşı kibergigiyenadır", - nazir deputatlara müraciətində deyib.
AB qurumları
Avropa Parlamenti, Avropa Komissiyası və Aİ Şurası, AB-nin üç ən yüksək orqanı, kibertəhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək TikTok-u işçi heyətlərinin cihazlarında qadağan edib. Avropa Parlamentinin qadağası 20 mart 2023-cü il tarixində qüvvəyə minib. Həmçinin parlament üzvlərinə və işçilərinə proqramı şəxsi cihazlarından da silmək “qətiyyətlə tövsiyə edilib”.
Fransa
24 mart 2023-cü ildə Fransa hökuməti 2,5 milyon dövlət qulluqçusunun iş telefonlarında TikTok, Netflix və Instagram kimi "istirahət" proqramlarının quraşdırılmasını və istifadəsini qadağan etdi. “Məcburi” göstərişlə bildirilən qadağa dərhal qüvvəyə minib və dövlət işçilərinin şəxsi telefonlarına şamil edilmir.
Adı sadalanan ölkələrlə yanaşı, Hollandiya, Belçika, Norveç, Tayvan, Yeni Zelandiya, Pakistan və Əfqanıstanda da TikTok-un istifadəsi müxtəlif səviyyələrdə tam və ya qismən qadağan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol