Tramp və Zelenski dekabrın 28-də görüşə bilər

Volodimir Zelenskinin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün dekabrın 28-də ABŞ-yə səfər edəcəyi ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Kiev Post" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, növbəti görüş Amerika lideri Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər. Artıq rəsmi Kiyev ABŞ-yə səfər üçün hazırlıqlara başlayıb.

Ukrayna ilə bağlı ABŞ-Avropa əməkdaşlığında iştirak edən yüksək vəzifəli Qərb rəsmisi anonimlik şərti ilə nəşrə bildirib ki, nizamlama danışıqlarındakı spesifiklik səviyyəsi "əvvəlkindən daha yüksəkdir", lakin bir neçə məqam hələ də dəqiqləşdirilməmiş olaraq qalır. Bunlara təhlükəsizlik zəmanətləri, potensial sülh müqaviləsinə nəzarət və "Rusiyanın hüquqi öhdəlikləri" daxildir.