"Türk əsgəri buraya papağını günə yandırmağa gəlmir"
Turan
09:20 19.11.2020
Aktual
829
Fazil Mustafa: "Rusiya hərbçilərinin mandatı sırf sülhməramlı fəaliyyətlə məhdudlaşır"
Noyabrın 10-da atəşkəslə bağlı imzalanan üçtərəfli bəyanatdan sonra tərəflərin siyasi mövqeyində dəyişiklik baş verməyib. Azərbaycan Prezidenti işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı növbəti dəfə bəyan etdi ki, Qarabağda heç bir status haqqında söhbət gedə bilməz. Dövlət başçısı birmənalı vurğuladı ki, çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi və vahid Azərbaycan dövləti var: “Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Hazırda münaqişənin siyasi həlli mərhələsidir.
Bu mərhələdə Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb”. Ölkə rəhbəri işğaldan azad olunan rayonlardakı bəyanatları ilə Azərbaycanın mövqeyini bir daha dostlarına və düşmənlərinə çatdırdı. Dövlət başçısı bayraqları sancmaqla Qarabağın əsl sahibini Azərbaycan düşmənlərinə və bölgədə maraqları olanlara nümayiş etdirdi.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, Prezident Azərbaycanın qəti mövqeyini bir daha ifadə etdi və Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyini vurğuladı. Deputatın sözlərinə görə, dövlət başçısı ermənilərin yalnız Azərbaycan vətəndaşı kimi bu torpaqlarada yaşaya biləcəklərini söylədi:
“Burada kiməsə aydın olmayan məqam qaldımı? Siyasi və antimilli münafiqlərin baş-başa verib rus sülhməramlılarının gəlişi üzərindən möhtəşəm uğura kölgə saldığı məqamda bu qəti hökmlü ifadə tam onluğa dəymiş oldu.
Antimilli münafiqlərin öndə gələnlərinin sözünə baxın. Deyir ki, “barı bu sülhməramlıların içində neytrallığı ilə bilinən Skandinav ölkələrinin hərbi kontingenti olsaydı, nəyəsə inanmaq mümkün idi”.
Ay-hay, həmin Skandinav ölkələrinin Azərbaycanın haqlı mövqeyinə dəstək verən hansısa sənədi ilə indiyədək tanış olan varmı? Rusiya hərbçilərinin mandatı sırf sülhməramlı fəaliyyətlə məhdudlaşır.
Əlbəttə, bölgədə tam təhlükəsizlik üçün arzuladığımız zəmin obyektiv reallıqlar səbəbindən yaranmayıb və risk hər tərəfdən mövcuddur. Guya ABŞ-dan, Fransadan, NATO-dan eyni təhlükə yoxdurmu?
Bu arada böyük və qüdrətli türk əsgəri buraya papağını günə yandırmağa gəlmir. Azərbaycan əsgəri Şuşanı dincəlmək üçün fəth etməyib”.
Parlament üzvü vurğulayıb ki, səmimiyyət və müxalif düşüncə ayrı şeydir: “Müxalif olun, fərqli düşünən, ancaq cəmiyyətin qorxusundan özünüzü əvvəlcə qələbə küləyinə verib, sonra yavaş-yavaş guya Prezidentdən daha çox ölkənin taleyini düşünürmüş kimi körpüdə deşik axtarmayın. Bu körpünü axıra qədər Azərbaycanı sevənlər birlikdə keçməlidir. Həm də öndə gedən Ali Baş Komandana, Azərbaycan əsgərinə, türk əsgərinə və bir-birimizə güvənərək, inanaraq keçməliyik.
Rusiya ilə daha yaxın münasibətlər qurmağa çalışmalıyıq. Vaxtı ilə Ənvər Paşanın türk əsgəri ilə olduğu kimi indi də Rəcəb Tayyib Paşanın əsgərləri ilə çiyin-çiyinə bölgəni sülh zolağına çevirməyə davam etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region