Türk Şurasının baş katibi Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
13:24 18.10.2020
Aktual
575
Türk Şurasına sədrlik edən və qurucu üzv dövlətimiz olan Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edirik. Bu münasibətlə qardaş Azərbaycan xalqına və hökumətinə ürəkdən təbriklərimi çatdırmaqdan şərəf duyuram.
AƏZRTAC xəbər verir ki, bu fikirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevin 18 oktyabr - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və dövlətinə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda deyilir: “Azərbaycan Respublikasının Ali Soveti tərəfindən 1991-ci il oktyabrın 18-də qəbul edilən, 1918-1920-ci illər arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyaya elan edən “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qardaş Azərbaycan xalqının taleyində böyük tarixi əhəmiyyətə malikdir”.
Həmçinin məktubda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bölgədə sabitliyin və sülhün rəmzinə çevrilən Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı böyük uğurlardan məmnunluqla bəhs olunub. Vurğulanıb ki, Azərbaycan Respublikası Türk Şurasında da əhəmiyyətli rol oynayır. Türk Şurasının təsis sənədi Naxçıvanda imzalanıb, təşkilatımızın quruluşunun 10-cu ildönümü ərəfəsində keçirilən Türk Şurasının 7-ci Zirvəsinə Azərbaycan uğurla ev sahibliyi edib. Həmçinin COVID-19 pandemiyasına qarşı tədbirləri müzakirə etmək məqsədilə Türk Şurasının fövqəladə zirvə görüşü də məhz Azərbaycanın təşəbbüsü ilə keçirilib.
“Azərbaycan tarixinin bu vacib dövründə qardaş Azərbaycan xalqının yanında olduğumuzu bir daha ifadə edir, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütünlüyünü bərpa etmək üçün beynəlxalq hüquq çərçivəsində yürütdüyü haqlı mübarizəsinə güclü dəstəyimizi bir daha ifadə edirik.
Qardaş Azərbaycanın şanlı bayrağının azad edilmiş əzəli torpaqlarında dalğalanacağına olan inancımı ifadə edərək, bu əlamətdar gün münasibətilə bir daha səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah dolu gələcək arzulayıram.
Müstəqillik Gününüz mübarək olsun!”, - deyə təbrik məktubunda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə