"Uğurlarınıza, qələbənizə sevinirik" - Masallı sakini Prezidenti ilə qürur duyur

“Əziz Prezident, Sizin sayənizdə Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir"

Bu sözlər Masallı rayonunun Qasımlı kəndindən Şəmsəddin Şükürovun   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı  minnətdarlıq məktubundandır.

Sherg.az Şəmsəddin Şükürovun  həmin  məktubunu təqdim edir:

“Pandemiya ilə mübarizədə bütün güclü dövlətlərdən əvvəl gördüyünüz qabaqcıl tədbirlər tez bir zamanda faydasını verdi. Bütün bunlar biz vətəndaşların sağlamlığı üçün planlaşdırılıb. Axı, həyatda insandan, insan həyatından qiymətli heç nə yoxdur. Siz uşaqdan böyüyə kimi hamını düşünürsünüz. Tələbələri, iş adamlarını Vətənə qaytardınız, hər bir şəxsə fərdi yanaşma tətbiq edildi. Sizin humanist və qayğıkeş insanlıq meyarlarınız dünyadakı bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarınıza, qələbənizə sevinirik və Ümummilli Liderin təbirincə desək, indi hamımız bir nəfər kimi fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu gün Sizin sayənizdə üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanır. Hörmətli cənab Prezident, Sizin bütün çıxışlarınız, xüsusilə Münxen Təhlükəsizlik Konfransındakı tarixi, heyrətamiz çıxışınız məni də valeh etdi. Bütün bunlara görə Sizə minnətdarlığımı ifadə edirəm. Mən öz vətəndaşlıq duyğularımı Sizə bildirərək demək istəyirəm ki, Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Bu xalqın Prezidenti yalnız Siz ola bilərsiniz və öz işlərinizlə, çoxşaxəli fəaliyyətinizlə bunu sübut edirsiniz. Biz Sizə inanırıq, cənab Prezident! Məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Həmişə Allahın nəzərində olasınız!”.