USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb - RƏY
Yusif Nəzərli
00:51 19.02.2025
Aktual
547
27 milyard dollar büdcəsi olan bu qurum ABŞ-nin ən çox korrupsiya qalmaqalına məruz qalan idarəsidir
Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 1961-ci ildə Prezident Con Kennedinin sərəncamı ilə ABŞ-nin mülki xarici yardımlarını idarə etmək məqsədilə yaradılmış təşkilatdır. Bu qurumun sədri və müavinləri Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilsə də, USAİD bir çox qərarların qəbul edilməsində müstəqil idi. Ancaq zaman keçdikcə təşkilat ayırdığı maliyyə yardımları ilə dünyada ABŞ-nin agent şəbəkəsini formalaşdırmağa başladı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlığa başladı. MKİ-nin əməkdaşları öz fəaliyyətlərini icra etmək üçün bir çox halda məhz USAİD əməkdaşı kimi fəaliyyət göstərirlər.
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, 27 milyard dollar büdcəsi olan bu qurum ABŞ-nin ən çox korrupsiya qalmaqalına məruz qalan idarəsidir. Ekspertin sözlərinə görə, müxtəlif ölkələrdə ictimai institutlara yardım adı altında hər il milyonlarla dollar vəsait mənimsənilir ki, bu da zaman-zaman ABŞ-nin özündə qalmaqallara səbəb olur:
"Bir zamanlar böyük ümidlərlə yaradılmış bu qurum hazırda müxtəlif şəxslərin korrupsiya yuvasına çevrilib. Yeni Prezident Donald Trampın USAİD barəsində verdiyi açıqlamalar bunu sübut edir. Təşkilatın dünya miqyasında həyata keçirdiyi lahiyələr də böyük qalmaqallara səbəb olub. Məsələn, Corc Buşun zamanında İraqın yenidən qurulması üçün 600 milyon dollarlıq müqavilə təklifi ilə çıxış edən 5 icraçı tərəfdaşın hamısının hökumətlə sıx əlaqəsi olub. Vəsaitin böyük qismi yenidən USAİD rəhbərliyinə çatdırılıb. 2005-ci ildə isə bu qurum Braziliya Konqresində "partiyadaxili sədaqətsizliyi cəzalandıran qanunun" qəbul edilməsinə yönəlmiş islahatları dəstəkləmək üçün seminarlar təşkil edib, 95 min dollar vəsait xərcləyib. Bundan başqa, USAİD öz fəaliyyətinə uyğun olmayan şəkildə Braziliyanın daxili işlərinə müdaxilə edərək ABŞ tərəfdarı sağ partiyaların dəstəklənməsi siyasətini həyata keçirib. 2024-cü ildə USAİD lahiyələr üçün 36 milyard dollar vəsait ayırıb. Təkcə 9 ildə ümumilikdə qurum xətti ilə 335 milyard dollar xərclənib. Bunların əksəriyyətinin göstərilən lahiyələrə sərf olunmadığı üzə çıxıb".
Analitik qeyd edib ki, USAİD-in Cənubi Qafqazda əsas əməkdaşlıq etdiyi ölkə Ermənistandır:
"Müxtəlif humanitar layihələrə dəstək adı ilə İrəvana xeyli vəsait göndərilib. Erməni mediası özü bu pulların böyük hissəsinin korrupsiya əməliyyatlarına qurban getməsi barədə silsilə materiallar dərc edib. Vəsaitlərin çox böyük hissəsi isə şübhəsiz ki, qeyri-rəsmi formada Ermənistanın silahlanmasına xərclənilib. Eləcə də, “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiya və Peruda transgender, İrlandiyada LGBT məsələsinə, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığına 2 milyon dollar ayrılıb. "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Əvlakinin kollec təhsili xərcləri ödənilib. Amerikalı jurnalistlər “X” sosial şəbəkəsində ödəniş qəbzinin fotosunu paylaşıblar. Həmin şəxs Amerika kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında iştirakda şübhəli bilinib. Müxtəlif ölkələrdə daxili siyasi vəziyyəti gərginləşdirəcək lahiyələrin maliyyələşdirilməsi təşkilatın əsas qayəsi olub. USAİD xüsusilə Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilib. Məhz bundan sonra Azərbaycana qarşı çirkli oyun başlayıb. Azərbaycanın antidemokratik, Ermənistanın isə "demokratik" ölkə olaraq dünyaya tanıdılması istiqamətində addımlar atılıb".
Analitik əlavə edib ki, ölkəmiz haqqında təhrif edilmiş, həqiqətə uyğun olmayan məlumatların yayılmasında bəzi yerli media qurumlarından da geniş şəkildə istifadə edilib:
"USAİD-in fəaliyyət mexanizmi ölkələrdə mediaları ələ almaq, bu alınmadıqda, özünün “müstəqil medialarını” yaratmaq idi. İnformasiya diversantlarının hazırlanması üçün xüsusi institutların yaradılmasını da qeyd etmək olar. Buna nümunə kimi Cənubi Qafqazda "GİPA", "Internews" və digərlərini göstərə bilərik. 2023-2024-cü illərdə USAİD "BBC"nin ikinci ən böyük donoru olub və ona 2 milyon 613 min avro köçürüb. Bu faktın özü "BBC"nin ölkəmizdə mühakimə olunan Ruben Vardanyanı niyə bu qədər fəal şəkildə dəstəklədiyinə aydınlıq gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya