1 yaşdan 13 yaşa qədər sosial şəbəkələr nəzarət altına alınır
Süni intellekt uşaqların yaşını sosial mediada müəyyən edəcək
Prezident İlham Əliyevin uşaqların zərərli informasiyalardan qorunmasını hədəfləyən Sərəncam imzalaması cəmiyyət tərəfindən müsbət qarşılanıb. Hazırda müzakirə olunan məsələ uşaqlara internet qadağasının hansı yaşdan etibarən tətbiq edilməsidir. Bu məsələdə pedaqoq, psixoloq və sosioloqların firkiləri də önəmlidir.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yaş kateqoriyası ilə bağlı ciddi müzakirələr nəticəsində ortaq məxrəcə gəlinməlidir: 
- Əvvəla bunu deyim ki, dövlət başısının uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması haqqında sərəncamı bu gün ictimaiyyət tərəfindən çox təqdirə layiq şəkildə qəbul olunur. Çünki hər kəsin, bütün istimaiyyətin çoxdan bəri gözlədiyi bir qərarı ki, bu verildi bu sərəncam vasitəsilə və düşünürəm ki, çox yaxın zamanda sərəncamın icrası bizi çoxdan narahat eləyən məsələnin aradan qaldıracaqdır. Yəni, biz uşaqlarımızı müasir dövründə rəqəmsal mühitdə zərərli məzmunlardan qoruya biləcəyik. İndiyədək sosial şəbəkə platformaları 13 yaş məhdudiyyəti tətbiq edirdi. Lakin reallıqda heç də belə deyildi. 1 yaşından 13 yaşına qədər kütləvi şəkildə uşaqların rəqəmsal platformalardan istifadə etdiyinə şahidi olmuşuq.
Sərəncamın əsas mahiyyədə də bundan ibarətdir ki hər kəs, xüsusilə mütəxəssislər, bu texniki biliklərə sahib olan insanlar bu mexanizmin hazırlanmasında iştirak etsinlər. Bunun tətbiq olunması, icrası asan məsələ deyil. Çünki hələ dünya təcrübəsində də yaş məhdudiyyəti ilə bağlı hər hansı bir mexanizm mövcud deyil ki, konkret olaraq o mexanizmdən istifadə etməklə uşaqların qeydiyyatdan keçməsinin qarşısı alınsın.
Uşaqlar indiyədək özləri qeydiyyatdan keçirdilər, özünə 13 yox, 16, 17, 18 yaş yazmaqla da qeydiyyatdan keçən uşaqlar var idi. Lakin indi əsas məsələ güclü bir mexanizmin hazırlanmasıdır ki, uşaqların yaşı real olduğundan artıq göstərilə bilməsin. Bunu süni intellekt vasitəsilə də həyata keçirmək istəyirlər. Süni intellekt uşağın səsindən, onun şəkilindən, danışıq tərzindən neçə yaşa məxsus olduğunu göstərə biləcək. Hətta digər mexanizmlər də hazırlanır ki bu, süni intellektdən də güclü olacaq və uşağın yaş səviyyəsini ortaya çıxaracaq. Burada identifikasiya sistemindən istifadə olunması nəzərdə tutulur. Bu, daha doğru məlumat verəcəkdir və həmin mexanizmin hazırlanmasında identifikasiya sisteminin tətbiqi daha gözəl nəticələr əldə etməyə imkan verəcək.