
Uşaqların sayı ciddi şəkildə azalır - SOS
Yusif Nəzərli
08:13 11.06.2025
Aktual
481
İqtisadçı-ekspert qeyd edir ki, bu vəziyyət təsadüfi və keçici deyil, artıq kök salmış bir tendensiyadır
Son illər ərzində ölkə əhalisinin ümumi sayında artım müşahidə olunsa da, bu artımın strukturunda baş verən dəyişikliklər cəmiyyətdə narahatedici suallar doğurur. Ən diqqətçəkən məqam – uşaqların, yəni sabahın cəmiyyətini formalaşdıracaq nəsillərin say və pay baxımından əhəmiyyətli dərəcədə azalmasıdır. İqtisadçı-ekspert Samir Əliyevin sosial media hesabında paylaşdığı rəqəmlər bu vəziyyətin təsadüfi və keçici deyil, artıq kök salmış bir tendensiya olduğunu göstərir. Ekspert bildirib ki, əhalinin ümumi sayında artım müşahidə olunsa da, paralel olaraq “qocalma” prosesi də sürətlənməkdədir:

“Bu tendensiya təkcə Azərbaycana xas deyil, qlobal miqyasda baş verən və hökumətlərin ciddi narahatlıqla izlədiyi bir prosesdir. Artıq bizim ölkədə də bu problem dərinləşməkdədir. Əhalinin yaş qruplarına baxdıqda görürük ki, gənclərin, xüsusən də uşaqların xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə azalıb və bu, artıq sistemli bir hal alıb.”
İqtisadçının fikrincə, əldə olunan statistik göstəricilər vəziyyətin ciddiliyini ortaya qoyur:
"1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5 faizini təşkil edirdisə, 2023-cü ildə bu rəqəm cəmi 25,9 faizə enib. Yəni əvvəllər hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biri uşaqdır. Daha da düşündürücü olan isə bu azalmanın təkcə faiz göstəricilərində deyil, faktiki sayda da baş verməsidir. 1990-cı ildə 0-17 yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər idisə, 2023-cü ildə bu rəqəm 5,3 faiz azalaraq 2 milyon 633 min nəfərə düşüb. Maraqlı və eyni zamanda narahatedici başqa bir detal isə azalmanın daha çox qız uşaqları arasında müşahidə edilməsidir: oğlan uşaqları 1,8 faiz azalmışkən, qız uşaqlarında bu göstərici 9 faizə çatır. Mütəxəssislər bu tendensiyanın əsas səbəbi kimi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsini göstərirlər. 1990-cı ildə bu əmsal 2,8 olduğu halda, hazırda 1,6-ya qədər enib. Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 arasında dəyişirdi. Qeyd edək ki, ümumi nəsilvermə əmsalı 15-49 yaş arasında olan bir qadının ömrü ərzində orta hesabla neçə uşaq dünyaya gətirə biləcəyini göstərir. Bu əmsalın aşağı düşməsi gələcəkdə əhalinin təbii artımını təmin edə bilməyəcək səviyyəyə enməsi riskini artırır. Belə bir vəziyyət Azərbaycanda demoqrafik sabitlik və sosial-iqtisadi inkişaf baxımından ciddi çağırışlar yaradır. Gələcək nəsillərin təhlükə altına düşməməsi üçün bu sahədə vaxtında tədbirlərin görülməsi, ailə siyasətinin və sosial dəstək mexanizmlərinin yenidən nəzərdən keçirilməsi vacib görünür".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya