ÜST: COVID-19-dan sonra psixi sağlamlığın qorunması üzrə koalisiya yaradılacaq
18:30 30.08.2020
Aktual
873
Bu həftə Avropa Regional Bürosunun ÜST-də psixi sağlamlığa həsr olunmuş yeni qabaqcıl təşəbbüslərdən birinə başlaması ilə əlamətdar oldu. Psixi sağlamlığın qorunması ictimai səhiyyə sahəsində ÜST-nin Avropa regionu üzrə qarşısında duran əsas vəzifələrdən biridir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda dünyada bu və ya digər psixi xəstəliyi olan 110 milyon insan yaşayır. Bu, region əhalisinin 10 faizindən çoxunu təşkil edir.
Psixi sağlamlıq, rəqəmsal səhiyyə və innovasiyalar, davranma mədəniyyəti və immunizasiya sahəsindəki dörd yeni qabaqcıl təşəbbüs ÜST-nin Avropa Regional Bürosunun növbəti beş il üçün əvvəlcədən müəyyən olunmuş prioritet istiqamətlərini əks etdirir. Bu təşəbbüs bütün regionda psixi sağlamlıq strategiyalarını və təcrübələrini qoruyub inkişaf etdirmək məqsədilə rəhbərlərin və kuratorların, xidmət istifadəçilərinin və digər tərəfdaşların geniş spektrini birgə fəaliyyətə cəlb edəcək.
COVID-19 pandemiyası şəraitində psixi sağlamlıq proqramının yeni şərtlərə uyğunlaşdırılması xüsusilə vacibdir. İnsanlarda psixoloji çətinliklər yalnız bu kimi infeksiyalar haqqında məlumatın olmaması və qorxu ilə deyil, həm də virusun yayılmasının qarşısını almaq istiqamətində karantin rejiminin və izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yaranır. Buna görə də sosial izolyasiya şəraitində yaşamaq bir çoxları üçün daha çətin olur, çünki yeni qorxu və narahatlıqlar mövcud həyəcan və stress amillərinə əsaslanır.
Məlumatda deyilir ki, psixi sağlamlıq fərdi və kollektiv əmin-amanlığın ayrılmaz elementi olduğu üçün onu ağır sınaq və qeyri-müəyyənlik dövründə qorumaq və dəstəkləmək, habelə psixi xəstəlikləri olan insanları fasiləsiz və keyfiyyətli qulluqla təmin etmək daha vacibdir. Psixi sağlamlığın qorunması üzrə xidmətlərin çoxdan gözlənilən islahatlarına başlamağın və psixi xəstəliklərin sosial stiqmatizasiyasının aradan qaldırılmasının vaxtı artıq çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya