"Bir qisim, az sayda insanlar var, bu dilə rəğbət bəsləyən, onlar da zamanla əriyib gedəcəklər"
"Lavrov özlərinə təskinik verəcək bu cür çıxışlarla baş aldatmasın. İkinci bir tərəfdən də hələ Rusiya dövlətinin özü qalırmı ki dili də qalsın?!"
"Rusiya çöküşün ərəfsindədir, dağılacaq bir dövlətdir. 2030-cu ilə qədər Rusiyanın parça-parça olacağı proqnozları var. 2030-da artıq Rusiya Federasiya kimi bir dövlətin qalıb-qalmayacağı sual altındadır"
Rusiya xarici işlər naziri Sergey Lavrov MDB ölkələrində rus dilinin təşviq edilməsindən danışıb. Qırğızıstana təşəkkür də edib. S.Lavrov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi MDB məkanında rus dilinin öyrənilməsini fəal şəkildə təşviq edəcək və MDB ölkələrindəki həmkarlarına təhsil sahəsində müxtəlif əməkdaşlıq formaları təklif etməyə hazırdır: “Xarici İşlər Nazirliyi bu işdə fəal iştirak etməyə davam edəcək, bu, çox perspektivlidir. Həm yeni beynəlxalq təşkilatlar daxilində, həm də digər formatlarda rus dilinin təşviqinin yaxşı perspektivləri var”. S.Lavrov qeyd edib ki, MDB-də bəzi kiçik müsbət irəliləyişlər var, xüsusən də Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə həyata keçirilən Rusiya-Qırğızıstan layihəsi diqqətəlayiqdir: “Bu, həm orta məktəblər, həm də universitetlərdə təhsil proqramlarının uyğunlaşdırılmasını əhatə edir. Artıq Bişkekdə bu mövzuda bir tədbir keçirilib və yeni görüş hazırlanır”.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rus dili beynəlxalq səhnədən sıxışdırılır. Bunu kimsə etmir, bu dil özü-özünü tükədib, bitirib: 
- S.Lavrov hər nə qədər özünə təskinlik versə də, nə qədər basqıyla rus dilini təşviq etmıy çalışsa da, faydası olmayacaq. Bişkekdə baş verənləri yaxşı nümumə kimi təqdim edirlər, əslinə qalanda isə qırğız xalqı, xüsusən yetişməkdə olan nəsil rus dilini bilmir. Qonşu Qazaxıstanda konstitusiya dəyişkiliyinə gedirlər, orada da rus dilinin statusunun aşağı salınması, ümumiyyətlə konstitusiyadan çıxarılması üçün xalq ayaqdadır. Azərbaycanda gedən prosesləri bilirsiniz, xalqın böyük əksəriyyəti rus dilini artıq unudub, arxa çevirib, bu dili öyrənmək həvəsi öləziyib artıq. Bir qisim, az sayda insanlar var, bu dilə rəğbət bəsləyən, onlar da zamanla əriyib gedəcəklər. Rus dilinin perspektivi yoxdur. Ona görə də S.Lavrov özlərinə təskinik verəcək bu cür çıxışlarla baş aldatmasın. İkinci bir tərəfdən də hələ Rusiya dövlətinin özü qalırmı ki dili də qalsın?!. Rusiya çöküşün ərəfsindədir, dağılacaq bir dövlətdir. 2030-cu ilə qədər Rusiyanın parça-parça olacağı proqnozları var. 2030-da artıq Rusiya Federasiya kimi bir dövlətin qalıb-qalmayacağı sual altındadır. Qalmayacaq bir dövlətin dili kimə lazımdır? Dünyada elə bir ölkə yoxdur ki orada rus dilinə üstünlük verilsin, bir ovuc insan xaricində. Şərqi Avropa ölkələri ümumiyyətlə rus dilindən imtina ediblər. Keçmiş kommunist bloku ölkələrində rus dilini müvafiq qurumlarda mütəxəssislər öyrənir. Geniş anlamda rus dilini öyrənmə yoxdur. Avropa, ABÇ, Avstraliya, hətta Çin də rus dilinə etnasızdır artıq. Deyəsən təkcə Şimali Koreya da nəsə etməyə çalışırlar. Bu da bəllidir, çünki çıxışı olacaq başqa ölkə qalmayıb. Rusiya çalışır yaxın qonşularında rus dilini təzyiq vasitəsiylə saxlasın. Amma bu işlər zorla olmur. Özlərinə təskinlik verəcək çıxışlarla nəyəsə nail olmaq mümkün deyil. Rusiya dövlət kimi sıradan çıxmaq üzrədir, rus dili də onunla birlikdə ölür. Dünyanın dili başqadır artıq. Dil heç kimə zorla yeridilmir. Hazırda çin dili önə çıxmağa başlayıb. Hətta dünyanın danışdığı ingilis dilinin daşıyıcı olan dövlətlər dünyanın heç bir yerində onu sevdirməyə çalışmır. Amma Rusiya məcburən sevdirmək istəyir. İnsanlar sevərmi, sevməz. İk öncə özün normal dövlət olmalısan, qonşu dövlətlərlə normal münasibətlər qurmalısan, xalqların milli kimliklərinə hörmətlə yanaşmalısan. Bu yoxdursa, rus olmayanların başına min cür oyun açılırsa, bunu görən sevərmi həmin ölkəni, həmin dili? Sevməyəcək və öyrənməyəcək.