Xocalı soyqırımının tanıdılması əsas hədəfdir
Turan
02:29 26.02.2021
Aktual
523
Elçin Bayramov: “Moldovada ictimai təşkilatlara bununla bağlı müraciət ünvanlayacağıq”
“Xocalıda törədilən insanlığa sığmayan dəhşətli qətliamdan 29 il ötür”.
Bu barədə “Şərq”ə açıqlamasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov deyib. Diaspora rəhbəri bildirib ki, illərdir hər bir azərbaycanlı, nəinki təkcə Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir soydaşımız bu qətliamı, erməni vəhşiliyini dünyaya tanıtdırmağa çalışır:
“O dəhşət dolu gecədə yaşananları dünya ictimaiyyətinə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Moldova Azərbaycanlıları Konqresinin sədri kimi vəzifəmə bir neçə ay əvvəl başlasam da, artıq erməni terrorunu, erməni vandalizmini yaşadığım və fəaliyyət göstərdiyim Moldova ictimaiyyətinə, ermənilərin hiyləgər xislətini dünyanın dörd bir yanına çatdırmaq üçün əlimdən gələni edirəm.
Xocalı qətliamının qisasını 44 gün ərzində aldıq. Lakin bədnam düşmənlərimizlə mübarizəmiz bitməyib. Xocalı soyqırımından 29 il sonra da ermənilər İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdədə törətdikləri terrorla bir daha sübut etdilər ki, illər ötsə də öz çirkin xislətlərini dəyişməyiblər. Mənfur ermənilər pis niyyətlərindən dönməyiblər. Ona görə də düşünürəm ki, qələbə çalsaq belə biz onların vəhşiliyini, törətdikləri terrorları dünya ictimaiyyətinə göstərməkdən çəkinməməliyik. Biz sadəcə həqiqətləri deyir və göstəririk. Missiyamız hələ bitməyib”.
E.Bayramov vurğulayıb ki, bütün tədbirlərdə, görüşlərdə ilk hədəf erməni vandallarının bədnam xislətlərini hər kəsə duyurmaq olmalıdır:
“Biz də öz növbəmizdə Moldova Azərbaycanlıları Konqresi adından Moldova Parlamentinə, Moldova dövlət başçısına, Moldovada olan bütün ictimai təşkilatlara Xocalı soyqırımının tanınması ilə bağlı müraciət ünvanlayacağıq. Ayın 25-də Azərbaycanın Kişinyovdakı səfirliyi və Azərbaycanlıların Moldovadakı konqresi ilə birlikdə Xocalı soyqırımının anımı ilə bağlı tədbir təşkil etdik.
Tədbirdə Moldovanın ictimai xadimləri, parlament üzvləri, dövlət rəsmiləri, həmçinin Moldovada olan beynəlxalq təşkilatlar və dini icmaların nümayəndələri də iştirak etdilər. Anım tədbirində Xocalı qətliamını əks etdirən xüsusi film də təqdim olundu.
Həmçinin, Xocalıda törədilən vəhşiliklərin bir hissəsini əks etdirən sərgi qonaqlara təqdim edildi. Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Konqresimizlə sıx əlaqədədir və keçirdiyimiz bütün tədbirlərdə öz dəstəyini əsirgəmir”.
Məlumat üçün bildirək ki, Moldova Azərbaycanlıları Konqresi 2001-ci ildən Kişinyov şəhərində fəaliyyət göstərir. Konqresin başlıca məqsədi Moldovada yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsidir.
Moldovada yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallıqları ilə seçiliblər. Konqres Mərkəz, Cənub, Şimal, Şərq və Qərb regionları olmaqla, 5 regional təşkilatı özündə birləşdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol