“Ya görüşdən imtina edilməli, ya da Türkiyə masada olmalıdır” – ŞƏRH
Fidan Həmişəyeva
10:18 06.01.2021
Aktual
976
2020-ci il Cənubi Qafqazda geosiyasi durumun kifayət qədər dəyişməsi ilə yadda qaldı. İllərdir həllini tapmayan Dağlıq Qarabağ problemi çözüldü, noyabrın 10-da Ermənistan tərəfi kapitulyasiya sənədini imzaladı. Buna rəğmən 2021-ci ildə Qarabağda yenidən müharibənin başlayıb-başlamayacağına dair müəyyən suallar yaranıb və bunun ətrafında müzakirələr aparılır. Ötən il kimi 2021-ci ilin də Azərbaycan diplomatiyası üçün uğurlu olacağı gözlənilir. Hərb meydanında qələbə ilə iş bitmir. Xüsusilə 44 günlük müharibədən sonra bəzi məsələlərin siyasi masada həllinə və aydınlaşdırılmasına ehtiyac var.
Son günlər Rusiya və Ermənistan mediasında da sözügedən mövzuya dair müzakirələr aparılır. Bildirilir ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli görüş baş tuta bilər. Amma nədənsə Qardaş Türkiyənin bu görüşdə iştirakı barədə fikir yürüdülmür. Səbəblər isə çoxdur.
Səbəblərin dərin qatlarını öyrənmək üçün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, Azərbaycan tərəfi bu görüşdən imtina etməlidir:
“Kapitulyasiyaya məruz qalan ölkə bütün hərbi texnikası və silahlı qüvvələrin idarəsini qalib tərəfə verməlidir. Bu, Birinci və İkinci Dünya müharibəsində Almaniyanın kapitulyasiyası ilə bağlı həyata keçirilən bir presedentdir.
Hətta Birinci Dünya müharibəsində Almaniyadan minlərlə tank, gəmi və.s tələb ediblər. Ermənistan isə nəinki vurduğu maddi ziyanı ödəyib, hətta kapitulyasının şərtlərinə uyğun olaraq ordusunu təhvil verməyib. Əksinə gün keçdikcə ordusunu silahlandıraraq güclənirlər.
Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat atəşkəsin dayandırılmasına razılıqdır. Lakin faktiki olaraq Ermənistanla müharibə vəziyyətindəyik”.
ADP sədri vurğulayıb ki, rusların bölgəyə daxil olması Qarabağ problemini olduqca mürəkkəbləşdirdi:
“Ruslar indiyə qədər ermənilərin arxasında durub, siyasətlərini aparırdılarsa, bu gün birbaşa öz adları ilə işğalçılıq siyasətini davam etdirirlər. Belə bir vəziyyətdə üçtərəfli görüşdən imtina etmək lazımdır. Çünki qarşımızda öz maraqlarını müdafiə edən iki dövlət olacaq. Bu mənada Türkiyənin də iştirakı vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi