"Yeni quruculuq dövrü, bərpa və inkişaf mərhələsi başlayıb" - Partiya sədri
Turan
08:26 07.02.2021
Aktual
501
“44 günlük müharibə Azərbaycana təkcə Qələbə gətirmədi, bu müharibə həm də ölkəmizi yenilədi, ölkədə yeni ab-havanın, fərqli ictimai-siyasi mühitin formalaşmasına start və stimul verdi”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri qeyd edib ki, indi ölkəmizdə bir dönəm bitib, yeni quruculuq dövrü, bərpa və inkişaf mərhələsi başlayıb:
“Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı mühüm strateji sənədi təsdiq etməsi də artıq ölkənin və cəmiyyətin həyatında yepyeni bir dövrün başlanmasının əyani sübutudur. Prezident yeni dövrün reallıqlarına uyğun milli prioritetləri müəyyən edib və onların icrası mexanizmini təqdim edib. Bu sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: - Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Göründüyü kimi yeni sənəddə ölkəmizin gələcək inkişafı üçün olduqca mühüm məqamlar öz əksini tapıb. Adıçəkilən sahələr dövlətin idarəolunmasında strateji planlaşdırmanın əsas hədəflərindən sayılır. Bu hədəflər eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Əslində bu prioritetlər müasir dünyamızın hər bir ölkəsi üçün böyük önəm kəsb edir. Lakin heç də hər hökumət bu proritetləri, hədəfləri vaxtında müəyyənləşdirə bilmir”.
Ə.Hüseynov bəyan edib ki, Prezident zamanın çağırışlarına, innovativ tələblərə uyğun Milli Proritetləri müəyyən etməklə Azərbaycanın hazırki qlobal proseslərlə ayaqlaşa bilən bir ölkə olduğunu bir daha təsdiqləmiş oldu:
“Müstəqil və qalib Azərbaycan dövləti qarşıdakı 10 illik dövrü əhatə edən yeni və həm də həlledici, strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirdiyinə görə təkcə hökumətin fəaliyyətindən deyil, həm də bütün azərbaycanlıların həyatından qırmızı xətt kimi keçəcək. "Milli Prioritetlər” sənədi hər bir azərbaycanlı üçün "yol xəritəsi"dir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm