
Zəlzələ an məsələsidir: Bakı üçün hələ də gec deyil, amma sürətli və çevik addımlar vacibdir
Yusif Nəzərli
11:13 27.04.2025
Aktual
662
“Təəssüf ki, biz çox vaxt bu hazırlığı yalnız təbii fəlakət baş verdikdən sonra xatırlayırıq”
Bir neçə gün əvvəl İstanbulda baş verən zəlzələ regionda, xüsusilə Bakı kimi oxşar seysmik zonada yerləşən şəhərlər üçün oyadıcı bir siqnal oldu. Bu hadisə Bakıda da köhnə və qəzalı binaların vəziyyətini yenidən gündəmə gətirib. Qardaş ölkədə baş verən silkələnmə fonunda Bakının köhnə və qəzalı binalarının taleyi ilə bağlı narahatlığı daha da aktuallaşıb. Faktiki olaraq İstanbulda baş verən zəlzələ göstərdi ki, böyük şəhərlərdə, xüsusilə də köhnə və plansız tikilmiş binalarla dolu ərazilərdə fəlakətin miqyası nə qədər dəhşətli ola bilər. Təəssüf ki, bu ssenari Bakının bir çox məhəllələri üçün də keçərlidir. Bakının bir çox ərazilərində, xüsusilə mərkəzdə və mikrorayonlarda yerləşən yüzlərlə bina artıq istismar müddətini çoxdan başa vurub. Əksəriyyəti sovet dövründə – 50-70 il əvvəl tikilib və ovaxtkı standartlarla inşa olunub. Bu binalar zəlzələyə davamlılıq baxımından indiki normativlərə cavab vermir. Əgər Bakıda güclü bir zəlzələ baş verərsə, bu binaların bir qismi tam və ya qismən çökə bilər. Təkcə maddi ziyan yox, insan tələfatı riski də böyükdür. Ən acınacaqlısı isə odur ki, həmin binalarda hələ də minlərlə insan yaşayır və fövqəladə hallara hazırlıq demək olar ki, sıfır səviyyəsindədir. Bu məsələ ictimai nəzarətdə saxlanmalıdır. Köhnə binaların vəziyyəti ciddi araşdırılmalı, mərhələli şəkildə gücləndirilməli və ya yenilənməlidir. Yalnız o zaman Bakı əhalisini gələcək təhlükələrdən qoruya bilərik. Görəsən, dövlət və bələdiyyələr bu riskin nə qədər fərqindədir və qabaqlayıcı addımlar atılırmı?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev də “Sherg.az”a açıqlamasında deyib ki, İstanbulda baş verən son zəlzələ regionda seysmik risklərin nə qədər real və yaxın olduğunu bir daha göstərdi:

“Bakı da zəlzələ zonasına daxil olan şəhərlərdəndir və bu baxımdan köhnə, xüsusən sovet dövründə inşa olunmuş binalar risk qrupunda yer alır. Paytaxtda 1950–1980-ci illərdə tikilmiş çoxmənzilli yaşayış binalarının əksəriyyəti hazırda texniki baxımdan köhnəlib, onların əksəriyyətində konstruktiv elementlərin dayanıqlığı zəifləyib. Bu binaların zəlzələyə davamlılığı indiki tikinti normalarına uyğun deyil və güclü təkanlar zamanı ciddi zədələnmə və hətta uçma ehtimalı var. Hazırda Bakıda belə binaların dəqiq sayı barədə ictimaiyyətə açıq rəsmi statistika yoxdur, lakin bəzi hesablamalara görə, yalnız Xətai, Yasamal, Nərimanov və Nizami rayonlarında bu tip binaların sayı yüzlərlədir. İstanbul təcrübəsi göstərdi ki, zəlzələyə qarşı ən önəmli addım – profilaktik gücləndirmə və ya yenidənqurmadır. Bakı üçün də bu məsələdə sistemli yanaşma vacibdir: inventarizasiya aparılmalı, seysmik riskə qarşı modellər işlənməli və prioritetli ərazilərdə köçürülmə proqramları reallaşdırılmalıdır.”
E.Nurəliyevin sözlərinə görə, zəlzələ an məsələsidir, hazırlıq isə vaxt tələb edir. Təəssüf ki, biz çox vaxt bu hazırlığı yalnız təbii fəlakət baş verdikdən sonra xatırlayırıq. Bakı üçün hələ də gec deyil, amma sürətli və çevik addımlar vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət