
Zəngəzur dəhlizi 3 ilə açılacaq -PROQNOZ
Yusif Nəzərli
05:07 29.10.2025
Aktual
567
Paşinyanın təklifi isə sadəcə müvəqqəti plandır
Natiq Cəfərli: “2026-cı ilə qədər Paşinyanın alternativ yolu işə düşə bilər, lakin bu, Zəngəzur dəhlizinə rəqib deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün təklif etdiyi mümkün marşrutu açıqlayıb. O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır. Paşinyanın sözlərinə görə, hazırda Ermənistandan keçməklə ən real istiqamət Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutudur. Baş nazir qeyd edib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, İrəvan bu marşrutu dərhal tranzit üçün açmağa hazırdır: "Hazırda bu, Ermənistan tərəfindən reallaşdırıla biləcək yeganə variantdır. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik". Xatırladaq ki, Azərbaycan öz ərazisindən Ermənistana yük daşımalarına qoyulan tranzit qadağasını ləğv edib. Bunun nəticəsində Rusiya və Qazaxıstandan Ermənistana göndərilən mallar artıq Azərbaycan ərazisindən tranzit qaydada daşınır. Bu arada Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib ki, Ermənistan və Azərbaycan xarici ticarətdə rəqabət apara bilməz, əksinə, bir-birini tamamlaya bilər. Onun sözlərinə görə, Azərbaycanın ixracının əhəmiyyətli bir hissəsi Ermənistanın idxal ehtiyaclarını ödəyə bilər: "Yəni biz rəqabət aparmırıq, amma bir-birimizə bir çox mal sata bilərik". Ermənistanın Türkiyə ilə ticarətinə gəldikdə isə Papoyan 2024-cü ildə ticarət dövriyyəsinin 336 milyon dollar olduğunu, bu rəqəmin ildə 750-800 milyon dollara qədər arta biləcəyini deyib.
ReAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında bütün kommunikasiya xətlərinin açılması ümumi razılığın nəticəsidir. Partiya rəhbəri vurğulayıb ki, müxtəlif yolların olması normaldır:

"Zəngəzur dəhlizinin açılmasına hələ 3 il zaman var. Bu müddət ərzində mal və xidmətlərin dövriyyəsini təmin etmək mümkündür. Əgər təhlükəsizliklə bağlı problemlər həllini taparsa, Ermənistanla Türkiyə sərhədi açılarsa, sülh müqaviləsinin yekun mətni imzalanarsa, təbii ki, bütün kommunikasiya xətlərindən istifadə etmək Azərbaycanın və Ermənistanın xeyrinədir. Yəni burada söhbət Zəngəzur dəhlizinə alternativdən getmir. Çünki Paşinyanın təklif etdiyi yolda dəmiryol xətti yoxdur. Ancaq avtomobillər üçün, yük daşımaları üçün nəzərdə tutulur. Üstəlik, relyefi çox çətin marşrutdur, qış aylarında oradan keçid qeyri-mümkün olur. Zəngəzur dəhlizi ilə daha təhlükəsiz və rahatdır. Ona görə də dəhlizin işə düşməsindən sonra üst yoldan istifadə minimuma düşəcək".
N.Cəfərli bəyan edib ki, qeyd edilən yolda dəmiryol xətləri sıfırdan qurulmalıdır:
"Ermənistanın maliyyə imkanları buna imkan vermir. Düşünürəm ki, 2026-cı ildə, seçkilərdən öncə, yaxud sonra Paşinyanın təklif etdiyi yolun müvəqqəti işə salınması mümkündür. Zəngəzur dəhlizinin açılmasınadək ən azından avtomobil yollarının işlək olması, alternativ yolların olması məqsədəuyğundur. Bununla Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara qaldırılması hədəfinə doğru mühüm addım atılmış olar, həmçinin, Ermənistan tranzit ölkəyə çevrilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm