Zəngəzur dəhlizi başqa adla geri qayıdır -ŞƏRH
Yusif Nəzərli
02:11 24.06.2025
Aktual
546
Bakı yeni reallıq qurur, Tehran və Yerevan təəccübdədir
Paşinyanın “kəsişmə” etirafı Zəngəzurun başqa adda qayıdışıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Türkiyəyə səfəri zamanı bu ölkədə yaşayan erməni əsilli şəxslərlə görüşündə bir sıra sualları cavablandırıb. Erməni əsilli şəxslər Azərbaycan və Türkiyənin “Turan” ideyasına dəstəyi, o cümlədən bu istiqamətdə Zəngəzur dəhlizinin açılması istəyindən söz açıblar. Paşinyanın onlara cavabı isə böyük maraqla qarşılanıb. Baş nazir bildirib ki, Ermənistan magistralda hərəkət edərkən avtomobillərin altında qalan, daha sonra ayağa qalxan, lakin təkrar yıxılan obyekt kimidir: "Niyə yıxıldığımızı anlamırıq, lakin bunu başa düşməliyik. Dünyanın inkişaf etmiş heç bir ölkəsinin qonşuları ilə sərhədləri bağlı deyil. İndi hamını bir məsələ düşündürür: “Turan birliyi”. Onların məqsədi budur. Ermənistan ərazisindən keçməklə bir-biriləri arasında hərəkət etmək istəyirlər? Qoy, olsun. Bunun nəyi pisdir? Onlar şərqdən qərbə, şimaldan cənuba getmək istəyirlər? Biz razıyıq, nə problem var? Niyə getməsinlər? Beləliklə, bizim də sərhədlərimiz açılsın”.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bir müddət əvvəl Azərbaycan Zəngəzur dəhlizi anlayışının ifadə səviyyəsini yuxarı vəzifəli şəxslərdən aşağı ranqlı vəzifəli şəxslərin istifadəsinə qədər endirdi. Ekspertə görə, bir çoxları bunu Azərbaycanın Zəngəzur dəhlizindən imtinası kimi başa düşdü, amma məsələnin mahiyyəti tamamilə fərqli idi:
"Azərbaycan "Zəngəzur dəhlizini açmalıyıq" dedikcə, Ermənistanda və dünyadakı bir çox güclər bunu bizə qarşı təzyiq, müharibə, revanş vasitəsi kimi görərək Ermənistanı daha da ortaya atıb qızışdırdılar. Azərbaycan başa düşdü ki, Zəngəzur dəhlizinə qarşı çıxan ağıl və qırmızı xətlər ona məxsus ağlın məhsulu deyil. Ona görə alternativlərə yönəldi. Gündəmindən söz olaraq Zəngəzur dəhlizi ifadəsini çıxardı. Naxçıvana İrandan yol çəkdi. "Bir kəmər, bir yol" layihəsini isə Gürcüstandan keçirməyə qərar verdi. Məhz ortada yaranan kəskin sükutdan sonra Ermənistan aldadıldığını, istifadə edildiyini və xüsusilə İran tərəfdən "kullanıldığı"nı anladı. İndi Paşinyanın Türkiyə səfərində səsləndirdiyi "Ermənistan kəsişməsi" dediyi məhz Zəngəzur dəhlizidir. Sadəcə, Paşinyanın daxili müxalifət qarşısındakı gücü o qədər azdır ki, bunun onun sonu ola biləcəyini də başa düşür. Nitqini belə bitirir ki, "sabah Azərbaycan Ermənistan kəsişməsinə Zəngəzur dəhlizi desə, məni də düzgün başa düşün". Hər halda zamanlama da gözəl idi. Naxçıvana dair qanunvericilikdə dəyişiklik və yeni yanaşmaların tələbi Zəngəzuru hüquqi çərçivəyə salır. Üstəgəl, Qərbi azərbaycanlıların məsələsi qaldırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual