
Zəngəzur dəhlizində maneəsiz hərəkət təmin olunmalıdır -ANALİTİK
Yusif Nəzərli
12:30 19.04.2025
Aktual
554
Ermənistan üçtərəfli sazişə qol çəkib, üzərinə öhdəlik götürüb
Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallager Zəngəzur bölgəsinə səfər edib. Britaniyalı diplomat Ermənistanda “Sünik (Zəngəzur) qubernatoru” olan Robert Qukasyanla görüşüb. Görüşdə regional inkişaf və əməkdaşlıq məsələləri müzakirə edilib. Regionda təhlükəsizlik məsələsinə də toxunulub. Qallager "X" hesabında səfərlə bağlı qeydlərini paylaşıb. Bildirib ki, regionda davamlı sülh və sabitlikdə yeni səhifə açılacağına ümid edir: "Sülh və təhlükəsizlik bu dinamik regionun potensialından tam istifadə etməyin açarıdır. Mən onları əmin etdim ki, Böyük Britaniyanın dəstəyi davam edəcək". Ermənistanın “Fakt” saytı yazıb ki, britaniyalı diplomatın Zəngəzura səfəri yeni proseslərdən xəbər verir: "Azərbaycanın böyük dostu olan bir ölkənin səfirinin Sünikə (Zəngəzur) səfəri yaxşı heç nə vəd etmir". Qeyd edək ki, Böyük Britaniya Zəngəzur dəhlizinin açılmasında maraqlı ölkələrdən biridir. 44 günlük müharibədən sonra Zəngəzur bölgəsi geosiyasi mübarizə meydanına çevrilib. Xüsusilə regionda marağı olan ölkələrin bu bölgədə fəaliyyətləri diqqət çəkir. “HayaQue” teleqram kanalı xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatik Forumu zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib və bunu etiraf kimi dəyərləndirib: "Ən azı yarım il əvvəl İrəvan hökuməti deyirdi ki, heç bir dəhliz olmayacaq. İndi isə Ermənistanın İranla eyni şərtlər əsasında ərazisindən Azərbaycana keçid verməyə hazır olduğunu bildirir. Mirzoyan rəsmən elan etdi ki, İrəvan Bakı ilə dəhlizin açılması üçün sadələşdirilmiş prosedurlar planlaşdırıb. Yəni dəmir yolu əlaqəsi bərpa edilərsə, Azərbaycanın yükləri elə bu ölkədə bəyan ediləcək, qatarlar Ermənistan ərazisində dayanmadan keçəcək və birbaşa Naxçıvana çatacaq. Yəni Ermənistan ekstraterritorial dəhlizlə razılaşıb". Qeyd edək ki, Azərbaycan razılaşdırılmış sülh müqaviləsi mətnindən əlavə olaraq, Naxçıvanla quru əlaqəsinin bərpa edilməsi üçün Ermənistan ərazisindən maneəsiz keçid tələb edirdi.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata görə, Naxçıvandan Azərbaycanın qərb rayonlarına çəkilən yolda hərəkət maneəsiz olmalıdır. Ekspert diqqət çəkib ki, bədnam Minsk qrupunun üç təklifində "Laçın dəhlizi" və Naxçıvandan Azərbaycana çəkiləcək dəhliz barədə qeydlər var idi:

"1997-ci ildə təklif olunan iki variantda göstərilirdi ki, "Laçın dəhlizi" və Naxçıvanı Azərbaycanla birləşdirəcək yol eksterritoral olmalıdır, yəni ərazisindən keçdiyi dövlətlərə tabe olmamalı, toxunulmazlıq hüququ olmalıdır. Həmin yollarda hərəkət azad və maneəsiz olmalıdır. 1998-ci ildə verilmiş təklifdə də qeyd olunurdu ki, "Laçın dəhlizi"ndə hərəkət maneəsiz olmalıdır. Hamımız yaxşı bilirik ki, "Laçın dəhlizi" heç vaxt Azərbaycanın nəzarətində olmadı. Çünki planlaşdırılmada belə idi ki, o dəhlizə Azərbaycan nəzarət etməsin. Eyni ifadə 10 noyabr bəyanatında da var və qeyd olunub ki, Zəngəzur dəhlizində maneəsiz hərəkət təmin olunmalıdır. Yəni Ermənistan o yoldan, dəhlizdən keçən nəqliyyatı və insanları yoxlamamalıdır. O baxımdan burada hansısa sadələşdirilmiş, mürəkkəbliyi azaldılmış təkliflər vermək mənasızdır. Ermənistan üçtərəfli sazişə qol çəkib, üzərinə öhdəlik götürüb. Bu öhdəliyi də icra etməlidir".
Siyasi şərhçi bəyan edib ki, söhbət Ermənistanın maraqlarından gedəndə, imzalanmış sənədlərə istinad tələb edirlər, ancaq birbaşa İrəvana gələndə qarşılıqlılıq və bərabərlik şərti qoyurlar:
"Niyə Naxçıvanla Azərbaycanı birləşdirən yol Yeraxsla Meğrini birləşdirən yola bərabər tutulmalıdır? 10 noyabr bəyanıtında Yeraxs-Meğri yolu barədə heç bir müddəa yoxdur. Ancaq Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yol barədə açıq tələb var. Təbii ki, sülh sazişinin imzalanması ilə bu məsələnin əlaqəsi yoxdur. Sülh sazişinin imzalanması üçün qoyulan tələblər ortadadır. Ermənistan Konstitusiyasının Preambulasında dəyişiklik edilməli, "Qarabağın Ermənistana birləşməsi" haqqında müddəa oradan çıxarılmalıdır. Bundan sonra Zəngəzur dəhlizi 10 noyabr bəyanatına uyğun olaraq açılmalı və orada maneəsiz hərəkət təmin olunmalıdır. Düzdür, dəhlizə nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməsi tələbinə İrəvan və İran etiraz edir. Bu, artıq Rusiyanın, İranın və Ermənistanın problemidir. Azərbaycanın tələbi yolda təhlükəsiz və maneəsiz hərəkətin təmin olunması ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm