Zirvə görüşü dünyanın digər təşkilatlarına örnək oldu - Politoloq
Şəymən Bayramova
14:36 12.04.2020
Aktual
684
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Görüşdə Azərbaycan prezidenti çıxış edərək, ölkədə koronavirusa qarşı mübarizə tədbirlərindən, əhalinin məşğulluq problemlərinin həllindən söz açıb. Ölkə başçısının sözlərinə görə, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir:
“Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.
Türk Şurasının Zirvə görüşünü “Sherg.az”a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sözügedən Zirvə görüşünün dünyanın digər təşkilatlarına örnək olduğunu deyib.
Azərbaycanın sədrliyi və ölkə prezidentinin təşəbbüsü ilə keçirilən görüş bir neçə səbəbdən çox vacib və faydalı hesab edən politolq deyib ki, dünyanı COVİD 19 kimi təhlükəli bir virus bürüdüyü bu cür ağır zamanda türk dövlətlərinin əməkdaşlıq imkanlarının gücləndirilməsinə ehtiyac vardı:
“Videokonfransda pandemiya ilə birgə mübarizə məsələləri müzakirə olundu ki, Azərbaycan hətta bu məsələlərdə örnək rolunu oynaya bilər. Çünki ölkəmiz virusla mübarizə çərçivəsində önləyici tədbirlərə tam vaxtında başladı”.
Mərkəz rəhbərinin fikrincə, Zirvə görüşünün ikinci mühüm əhəmiyyəti iqtisadi əməkdaşlıq və regional layihələr məsələsinin müzakirəsi ilə bağlıdır:
“Türkiyə prezidenti Ərdoğan da bu konfransda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin mərkəzi Asiyaya qədər uzadılmasını gündəmə gətirdi ki, bu məsələdə məncə birgə əməkdaşlıq çərçivəsində öz həllini tapacaq. Qərb dövlətlərinin fikir ixtilafı etdiyi, bir-birilərinin maska və digər tibbi ləvazimatlarını oğurlamağa təşəbbüs etdikləri bir zamanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu vəziyyətdə də əməkdaşlıq etmək olar deyə, dünyaya örnək oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur