Parlamentdə dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov ali məktəb rəhbərlərinə çağırış edib. Muxtariyyət istəyən ali təhsil ocaqlarının rektorlarına cavab olaraq nazir qeyd edib ki, universitetlər özünümaliyyələşdirmə haqda düşünməlidir. Ali təhsilin maliyyələşdirilməsindən danışan Samir Şərifov deyib ki, artıq bu sahədə müəyyən struktur dəyişikliyi olub. Belə ki, əvvəllər maliyyə birbaşa universitetlərə verilirdisə, indi bu, Təhsil Nazirliyinə verilir: "Buradan isə dövlət hesabına oxuyan tələbələrin adambaşına düşən hissəsi maliyyələşdirilir və həmin vəsait konkret olaraq universitetlərə köçürülür. Amma universitetlər inkişaf etmək üçün özlərinə maliyyə muxtariyyəti tələb edirlər. Onlara bu şəraiti yaratmışıq. Universitetlər öz inkişafını təmin etmək üçün xüsusi maliyyə menecerləri ilə təmin olunmalıdır ki, gələcəkdə özünü hansı formada maliyyələşdirməyi tapa bilsinlər”. "Xəzər” Universitetinin Qəyyumlar Şurasının sədri, təhsil eksperti Hamlet İsaxanlı isə nazirin açıqlamasının real olmadığını deyib: "İndiki halda inanmıram ki, sözügedən məsələ öz həllini tapsın. Bunlar sadəcə ümumi söhbətlərdir: Doğrudur, ali məktəblərlə bağlı qarşıda belə bir layihə var ki, universitetlərin hər birinə maliyyəşmə müstəqilliyi verilsin. Məncə, bunlar sadəcə söhbətdən ibarətdir. Prezidentin imzaladığı təhsil strategiyasına əsasən qarşıda duran əsas məsələ universitetlərin muxtariyyətinin mümkün qədər artırılmasıdır. Düşünürəm ki, bundan başqa ciddi dəyişiklik görünmür”.
“Bunlar sadəcə söhbətdən ibarətdir”
23:15 07.11.2013
Arxiv
645
Hamlet İsaxanlı: “İnanmıram ki, ali məktəblərə maliyyələşmə müstəqilliyi verilsin”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İraq Prezidenti İlham Əliyevə zəng etdi
19:55 24.12.2024
Gündəm
Türkiyə Suriya ilə Şərqi Aralığı bölüşdürür
19:47 24.12.2024
Dünya
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib
19:41 24.12.2024
Gündəm
Nəriman Axundzadə ən yaxşı gənc vingerlər arasında
19:36 24.12.2024
İdman
Təkcə Qrenlandiya deyil - Tramp başqa bir bölgəyə də iddia edir
19:08 24.12.2024
Gündəm
Əsrə bərabər 21 il... - TƏHLİL
19:01 24.12.2024
Gündəm
Qusman Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
18:55 24.12.2024
Siyasət
Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:48 24.12.2024
Gündəm
Ukrayna Dünya Bankından 1 milyard dollar alıb
18:42 24.12.2024
Gündəm
Doğuşdan sonra əkiz körpələr vəfat etdi
18:36 24.12.2024
Hadisə
Husilər İsrailə raket zərbələri endirib
18:30 24.12.2024
Dünya
Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub
18:25 24.12.2024
Siyasət
İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib
18:19 24.12.2024
Cəmiyyət
Dekabr ayının pensiya ödənişi yekunlaşıb
18:15 24.12.2024
Sosial
İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib
17:58 24.12.2024
Gündəm
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
17:40 24.12.2024
Aktual
Nazir: 15 gün ərzində 25 mindən çox qaçqın Suriyaya qayıdıb
17:24 24.12.2024
Dünya
Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə olub
17:21 24.12.2024
Hadisə
Sabah Bakının Nəsimi rayonunda qaz olmayacaq
17:15 24.12.2024
Sosial
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşib
17:07 24.12.2024
Hərbi