1 saatlıq parklanmaya görə ödəniş olmamalıdır: Avtodayanacaqlarla bağlı MARAQLI TƏKLİFLƏR
Məlahət Rzayeva
12:44 18.01.2020
Cəmiyyət
1162
Bakı küçələrində parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər. Qeyd olunub ki, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
BNA vətəndaşlara bir daha xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir: "Bir daha sürücülərimizdən "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik".
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında BNA-nın bu addımını müsbət qiymətləndirdiyini qeyd etdi:
“Parkomatlarla bağlı uzun müddət anlaşılmaz vəziyyət hökm sürdü. Bilinmirdi, ödənilən pullar hansı qurumun büdcəsinə gedir, sürücülərə ödəniş haqqında qəbz də verilmirdi. Bu vəziyyətdə parklanmaya görə vətəndaşdan pul alınması tamamilə qanunsuz, qeyri-leqal idi. Ancaq onu deyim ki, avtomobillərin dayanma-durma yerlərində parkomatların qoyulması ən ideal seçimdir. Dünya ölkələrində bu təcrübədən istifadə olunur. BNA parklanma ilə bağlı ortaya konkret mövqe qoyacaqsa, bu, müsbət hal olacaq. Gerisi isə artıq vətəndaşdan asılı məsələdir. Məlumdur ki, bəzi yerlərdə avtomobillərin dayanmasına, irəli-geri hərəkətinə, yolun hərəkət hissəsinə maneəsiz çıxışına kömək edən – yəni “requlirovka” verənlər var. Kimsə bu şəxslərə 20-30 qəpik ödəyirsə, məncə, burada qəbahət yoxdur. Bu, bir tərəfdən bizim xalqın əliaçıqlığını göstərir. Bu işi icra edənlər aztəminatlı, azgəlirli təbəqənin nümayəndələri olur, adətən. Onlara “əl tutmaq”da bir qəbahət yoxdur”.
Parklanma tariflərinə gəlincə, İ.Hüseynli təkliflərini açıqladı:
“Əvvəlki qiymətlərə baxsaq, çox bahadır. Hesab edirəm ki, 1 saat müddətinə qədər parklanmaya görə ödəniş ümumiyyətlə olmamalıdır. Parklanma müddəti 1 saatı ötdükdə 50 qəpikdən başlayan qiymətlər olmalıdır. Avtomobilin gün ərzində neçə nöqtədə, neçə dəfə parklanmasının, parklanmanın iş şəraiti ilə bağlı olub-olmaması da nəzərə alınmalıdır. Məsələn, sürücü iş şəraiti ilə bağlı gün ərzində bir neçə yerdə avtomobili parklayırsa, bir dəfə ödəniş etməli, qəbzi saxlamalı və digər yerlərdə həmin qəbzi təqdim etməlidir. Konkret idarə və müəssisələrin əməkdaşlarına isə parklanmaya görə aylıq ödəniş təyin etmək daha düzgündür. İşçilərə aylıq ödəmə kartı da verilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual