100 manat ağır cərimədir
10:54 14.01.2021
Cəmiyyət
457
Lakin bu nə polisin, nə də vətəndaşın günahıdır
Sərt karantin rejimi müddətinin bitməsinə sayılı günlər qalıb. Bir aya yaxındır ki, ölkədə bu rejim tətbiq olunub. İnsanlar sərtləşdirilmiş karantin rejiminin qaydalarına çox ciddi əməl edir. Bunun nəticəsində yoluxma sayının kəskin surətdə azalması müşahidə olunur. Vətəndaşların bir qismi özünün və yaxınlarının sağlamlığını düşündüyü üçün qaydalara riayət edir. Digərləri isə məhz ciblərini fikirləşdiyinə görə tətbiq olunmuş qayda-qanunlara əməl etməyə çalışır.
Karantin rejimi müddətində ölkəmizdə polis və vətəndaşlar arasında cərimələrə görə narazılıqlar baş verir. İnsanlar əsassız yerə cərimə olunduğunu iddia edir və bununla bağlı etirazlarını sosial şəbəkələrdə bildirirlər. Lakin məsələni yenidən araşdırdıqda vətəndaşın öz səhvi ucbatından cəzalandırılması aydın olur.
Tanınmış hüquqşünas Adəm Məmmədov isə "Şərq"ə deyib ki, bu məsələ insanın birbaşa vicdanı ilə bağlıdır və asanlıqla tənzimlənə bilməyəcək. Hüquqşünas narazılıq hallarının digər səbəbini isə hazırkı dövrdə vətəndaşların maddi durumunun pis olması ilə əlaqələndirib:
"Pandemiya dövründə insanların maddi durumu qaydasında deyil. Vəziyyət o yerdədir ki, 100 manat cərimə onların taleyində mühüm rol oynayır. Sosial problemlərin ucbatından polis və vətəndaşlar arasında bəzi narazılıqlar yaşanır. Lakin bu çətin dövrdə polislərimizin bizim üçün qatlaşdığı əziyyətlərin sayı-hesabı yoxdur. Həmin məsələ nə polisin, nə də vətəndaşın günahı deyil.
İşi bu yerə gətirib çıxaran səbəb sosial problemlərin həddən artıq olmasıdır. Normal maaş alan insanın 100-200 manat cərimə olunması ona çox da zərər vurmur. Amma heç bir yerdə işləməyən, ailəsinə çörək almaq üçün pulu olmayan şəxsin birdən-birə 100 manat cərimə olunması onun psixoloji durumuna mənfi təsir göstərir.
Nəticədə isə öz etirazını hansısa sosial şəbəkədə ifadə edir. Düşünürəm ki, belə olan halda polisin də vətəndaşı qınaması düzgün deyil".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm