SOS ! - "Çimərliklər açılmasa, payızda immun sistemi aşağı düşəcək” - Böyük fəlakət !

“Ona görə də vaxt itirmədən D" vitamini balansını düzəltmək üçün çimərliklər açılmalıdır, istirahət məsələsi həll edilməlidir”


"Karantin rejiminin yumşaldılması mütləqdir, lazımdır. Bircə avqust ayı qalıb. Əgər avqust ayında insanlar lazımınca istirahət edə bilməsələr, rayona gediş-gəliş bərpa olunub, çimərliklər açılmasa, payız aylarında immun sistemi aşağı düşəcək və bu daha böyük fəlakətlərə yol açacaq". 
Bu sözləri "Sherg.az"a həkim Qalib Əsədov deyib. Həkimin sözlərinə görə, sosial məsafə, maska normalarını tələb edərək insanların istirahət hüququnu qaydasına qoymaq olar: 

"Son günlər virusun mutasiya edərək aqressivliyinin yumşaldığını görürük. Koronavirus əvvəlki kimi aqressiv deyil, daha çox can almır. Əksinə, xəstəliyi ayaqüstü, asimptomatik (simptomsuz) keçirən insanların sayı artıb.

Deməli, karantin rejimi ehtiyatla yumşaldılmalıdır. İnsanlar rayona gedib-gəlməlidirlər. Məsələn, bu gün xarici dövlətlərə getmək mümkündür. İnsan test verir, əgər onda koronavirus yoxdursa, dünyanın istənilən ölkəsinə gedə bilər, amma burdan-bura rayona getməyə icazə vermirlər".




Q.Əsədov deyib ki, insanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək, necə ki, SARS, MERS virusları getdi. Ona görə də vaxt itirmədən immun sistemini gücləndirmək, "D" vitamini balansını düzəltmək üçün çimərliklər açılmalıdır, istirahət məsələsi həll edilməlidir. Virus onsuz da yumşalmağa doğru gedir, biz karantini yumşaltmaqla kollektiv immunitetin yaranmasına nail ola bilərik.

İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək və bizlə, bizim orqanizmimizlə birlikdə yaşamağa artıq öyrəşəcək. Necə ki, bundan əvvəl SARS və MERS virusları da elə oldu.

Tovuzda erməni təxribatı ilə bağlı ölkədə keçirilən kütləvi aksiyalarda heç bir sosial məsafə gözlənilmədi, heç bir qaydalara riayət olunmadı. Həmin hadisələrdən 2 həftədən artıq vaxt keçib. Verilən proqnozlara əsasən biz indi koronavirusa yoluxanların sayında sıçrayış görməli idik, amma görmürük, əksinə say azalmasının şahidiyik.

Bu, o deməkdir ki, insanlarda kollektiv immunitet əmələ gəlməkdədir. Ona görə də bu karantin tədbirləri yumşaldılmalıdır.