Ölkə başçısı:“Bayraktar ТВ2” PUA-ları düşməni vahiməyə salırdı" 

“Bayraktar ТВ2” PUA-larından istifadə İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdi".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Müharibə zamanı 366 tank məhv etdik və ya qənimət kimi götürdük, böyük sayda digər zirehli texnika və artilleriya silahı məhv etdik. “Bayraktar ТВ2” PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub. Erməni ekipajları “Bayraktar ТВ2” PUA-larından elə qorxurdular ki, hansısa mövqeyə çıxdıqdan sonra tanklarını tərk edib qaçırdılar”, - dövlət başçısı deyib.