Hindistanda koronavirusdan ölənlərin sayı 447 mini ötüb

Hindistanda koronavirusdan ölənlərin sayı 447 mini ötüb
Hindistanda son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 343 yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 33 678 243 nəfərə çatıb.

Son sutka ərzində 277 nəfər vəfat edib və indiyədək xəstəlikdən ölənlərin sayı 447 225 nəfərə çatıb.

Hazırda xəstəxanalarda 306 598 nəfər müalicə olunur. Müalicə alaraq virusdan sağalanların sayı isə 32 924 420 nəfərdir.