Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxunub

Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə dini ayinlər icra edilib.
Həmçinin şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi ehtiramla yad edilib.