Ağdam Cümə məscidində şəhidlərin xatirəsi anıldı

Ağdam Cümə məscidində 27 sentyabr - Anım Günü ilə əlaqədar mərasim keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.
Həmçinin şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.