Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, ziyarətçilər sırasında Z.Həsənovla yanaşı, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin əməkdaşları da olublar.

Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar.