Almaniyada parlament seçkilərində qalib məlum oldu


“Almaniya Sosial-Demokrat Partiyası” (SPD) 25,7 % səs toplayaraq Bundestaqa seçkilərdə qalib gəlib.
Bu barədə Almaniya Federal Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrdə bildirilir.
Hazırkı kansler Angela Merkelin CDU/CSU bloku 24,1 % səs toplayıb, KİV məlumatlarına görə bu, tarixdəki ən aşağı dəstək səviyyəsidir.
“Yaşıllar” 14,8 %, “Azad demokratik partiya” 11,5 %, “Almaniya üçün alternativ” 10,3 % səs toplayıb. “Solçular” isə 5 %-lik baryeri keçə bilməyiblər. 
“Exit poll” nəticələrinə görə Almaniya telekanalları fərqli proqnozlar veriblər. ZDF telekanalının keçirdiyi sorğuya görə, Sosial-demokratlar seçkilərdə qalib gəlib, ARD kanalı isə SPD ilə CDU/CSU arasında səs bərabərliyini qeyd edib.
Almaniyada parlament seçkiləri bazar günü keçirilib. Angela Merkel bu seçkiyə qatılmayıb və 16 il hakimiyyətdə olduqdan sonra kansler postunu tərk edəcək.

Mənbə: Gazeta.ru