İran MAQATE üzvlərini bu mərkəzə buraxmadı


İran MAQATE inspektorlarının sentrofuq toplama mərkəzini ziyarət etməsinə izn verməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı "Tayms of İsrail" qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, MAQATE nümayəndələri İranla razılaşma çərçivəsində mərkəzdəki kameraları təmir etmək və yeniləmək istəyiblər.

Qəzet İranın MAQATE-yə niyə inspektorları mərkəzə buraxmamaq barədə izahat göndərməyə hazırlaşdığını bildirib. İzahatda İran tərəfinin imtinanın təhlükəsizlik problemləriylə əlaqədar olacağını açıqlayacağı vurğulanıb.