Məktəbəqədər qruplar üzrə dərslər nə vaxt başlayır? - AÇIQLAMA

Bu il Azərbaycanda məktəbəqədər qruplar üzrə dərslər oktyabrın 1-dən başlayacaq.
Oxu.Az-ın məlumatına görə, məktəbəqədər qruplar həftənin dörd günü keçirilir. 
Oktyabrın 1-i isə həftənin cümə gününə təsadüf edir. 
Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, məktəbəqədər qruplarda dərslərin keçirilmə vaxtında heç bir dəyişiklik olmayacaq və dərslər oktyabrın 1-dən başlayacaq.