Heydər Əliyev Mərkəzinin üzərinə Azərbaycan bayrağı videoproyeksiya olunub

27 sentyabr Anım Günü ilə əlaqədar Bakıda bir sıra binalarda xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı əks olunub.

“Report” xəbər verir ki, eyni zamanda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Heydər Əliyev Mərkəzinin binası üzərinə də Azərbaycan bayrağı videoproyeksiya olunub.