Köçürülən tələbələr dərslərə nə zaman başlayacaq? - AÇIQLAMA

Ölkə daxilində yerləşən ali təhsil müəssisələrindən köçürülən tələbələrin universitetlərdə dərsə başlaması ilə bağlı problemlər yaranıb.
Bu barədə Oxu.Az-a tələbələr məlumat veriblər. 
Universitetlərdən transfer olunan tələbələrə bildirilib ki, Təhsil Nazirliyindən tələbələr barədə məktub gəlmədiyi üçün sentyabrın 29-da həmin şəxslər dərslərə başlamayacaq. 
Qeyd edilib ki, həmin şəxslər bir həftə sonra dərslərə qoşulacaqlar və bu müddət ərzində onların davamiyyət göstəriciləri ilə bağlı heç bir problem olmayacaq.
 Məsələ Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 
Qurumdan Oxu.Az-a bildirilib ki, tələbələrin köçürülməsi barədə universitetlərə artıq məktub göndərilib:
“Tələbələrin köçürülməsi ilə bağlı məktublar 24.09.2021-ci il tarixində müvafiq ali təhsil müəssisələrinə göndərilib”.