Anım Günündə qərənfilin qiymətini bahalaşdırıblar – Tolik “od püskürdü”

“Dünən qərənfilin qiymətini 70 qəpiyə qaldırıblar. Sizdə heç olmasa 70 qram insaf var?!”

Prodüser Tarix Əliyev ( Tolik) 27 Sentyabr Anım Günündə qərənfilin qiymətini artıran bəzi gül dükanlarına etiraz edib.
“Sherg.az” xəbər verir ki, o mövzu haqda bunları söyləyib:
“Dünən qərənfilin qiymətini 70 qəpiyə qaldırıblar. Sizdə heç olmasa 70 qram insaf var? Buna fikir bildirməklə nəsə olmayacaq , amma ən azından vicdanınız sızıldayar. Başa düşürəm, bayramlarda qiymətləri qaldırırsınız, özünüz bilərsiniz.  

Lakin qərənfilin qiymətini qaldırmaq nə dərəcədə düzgündür? Onsuz da imkansız şəhidimin ailəsi qərənfil alacaq, qızılgül ala bilməyəcək. Baxmayaarq ki, onların məzarlarında ən bahalı güllər olmalıdır. Bundan da istifadə etməyin. 

Şəhidlərimizin Anım Günündə  qərənfilin qiymətini 70 qəpiyə qaldırmaq nə kişilikdəndir, nə də insanlıqdandır”.

Samirə