17 il araşdırıldı:Mumiyanın yadplanetli olduğu müəyyənləşib

17 il ərzində elm adamları tərəfindən böyük diqqətlə araşdırılan 15 santimetrlik mumiyanın yadplanetli olduğu müəyyənləşib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2003-cü ildə Çilinin Atacama bölgəsində başı konus şəkilli və uzunluğu 15 sm olan mumiya ilə bağlı araşdırmalar beynəlxalq bir elmi qrup tərəfindən aparılıb. Kaliforniya, San-Fransisko və Stanford Universiteti tərəfindən aparılmış DNT analizləri nəticəsində məlum olub ki, bu mumiya genetik mutasiyalara məruz qalmış 6-8 yaşlarında olan cırtdan qıza aiddir. Elmi araşdırmalar, uşağın 40 il əvvəl öldüyünü və indiyə qədər təyin olunmamış gen xəstəlikləri səbəbindən dünyasını dəyişdiyini müəyyənləşdirib. 

Aynurə