İlk dərs: "Qarabağ Azərbaycandır"

Məlum olduğu kimi bu gündən ölkə məktəblərində v-xı siniflərdə tədris prosesi bərpa olunub. Siniflərdə ilk dərs kimi "Qarabağ Azərbaycandır" mövzusu keçirilib.

Belə dərslərdən biri də 200 saylı Məktəb Lisey Kompeksində keçirilib. 9c sinfində keçirilən dərs zamanı qazilər də iştirak edib. Sinif rəhbəri Rüstəmova Aynurə, ədəbiyyat müəllimi İsmayılova Zümrüdün təşkilatçılığı ilə keçirilən dərsdə Vətən müharibəsinin önəmindən bəhs edilib.

Dərsdə iştirak edən qazilər Əliyev Ülvi, Əkbərov Rafiq, Məmmədov İbrahim şagirdlərə keçdikləri döyüş yolundan bəhs ediblər.