“Türk birliyinin yaranması geopolitik hadisələrlə bağlıdır”

Hər keçən gün 300 milyondan çox türk dünyasının birliyi və həmrəliyi güclənir. 
Bu sözləri ekspert, ictimai fəal Hacı Ələsgərov 3 oktyabr Türk Dövlətlərinin Birliyi Günü ilə bağlı fikirlərini şərh edərkən bildirib.
“İmzalanan sazişlər, yeni strategiyalar əlaqələri möhkəmləndirir. Bu gün türk dünyasını birləşdirən din, dil və ortaq dəyərlərlə yanaşı, inkişaf etməkdə olan siyasi, hərbi və iqtisadi əlaqələr Türk Dünyasını diqqət mərkəzinə gətirir.  Xüsusilə, Azərbaycanın Qarabağı azad etməsindən sonra, onun Türk dünyasında mövqelərinin güclənməsinə səbəb olmaqla yanaşı, həm də Türk gəncliyində vətənpərvərlik ruhunun inkişafına böyük təsir göstərib”.
H. Ələsgərov Türk birliyinin yaranmasını geopolitik hadisələrlə bağlı olduğunu qeyd edib.
“Dünyada elə hadisələr baş verir ki, bu birliyimizi yaranmasını sürətləndirir. Yaranan birliyə həm də təhlükəsizlik nöqteyi-nəzərindən də yanaşmaq lazımdır”.