Mars daşqın nəticəsində yaranıb 

NASA -ya görə, bu gün Marsda heç bir maye (su) olmasa da, təxminən 4.3 milyard il əvvəl Qırmızı Planetin bütün səthini təxminən 450 fut (137 metr) dərinlikdə bir maye təbəqəsi ilə örtmək üçün kifayət qədər su var idi.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, texaslı tədqiqatçılar Qırmızı Planetdəki 262 rift gölünün Mars səthini necə formalaşdırdığını müəyyən etmək üçün peyk görüntülərindən istifadə ediblər.
Bir neçə həftə davam edəcəyi təxmin edilən daşqınların “Superior” və “Ontario” gölünü tamamilə doldurmaq üçün kifayət qədər çöküntüləri yaranıb. Bu göllərdəki daşqınlar, hər iki tərəfində yüksək qaya divarları olan çay vadiləri də yaradıb.
Texas Universitetinin dosenti Tim Qoudje bu sözləri deyib:
“Çöküntülərin qədim Marsda necə hərəkət etdiyini nəzərə alsaq, göl daşqınları dünya miqyasında həqiqətən də əhəmiyyətli bir proses idi. Bu, çox təəccüblü bir nəticədir, çünki uzun müddətdir belə hallar baş vermir”.

Marsda daşan göllərindən gələn böyük daşqınlar planetin səthinin formalaşmasında, dərin yarğanların açılmasında və çox miqdarda çöküntülərin hərəkət etməsində böyük rol oynayır.