Azərbaycan Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq planı imzalayacaq

Bu gün Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində 2021-ci il üzrə ikitərəfli əməkdaşlıq planı imzalanacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla keçirdiyi görüşdə deyib.
Hökumət başçısı sənədin imzalanmasını alqışlayıb.